adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
02 Avqust 2019 11:02
20976
ƏDƏBİYYAT

Ələsgər ƏLİOĞLU: HEKAYƏLƏR

KƏRƏNTİ MEYDANALI

( "Nizibala Doymazlı" serialından)

Nizibala Doymazlınınbabası Meydanalı kənddə şər-şəmata daxılı kimi tanınmışdı.Kiminlə iyəşərdisə daxılınağzı açılardı. Şər-şəmatadan xımır-xımır "xərclənərdi".

Meydanalı at kimikimin üzünə dayansaydı, həmin adamın ürəyində özünün özünə şübhəsi yaranardı.Düşünərdiki,bəlkə də Meydanalının yanında ağzından nəsə qaçırıb. Çünki şər-şəmata daxılıəl-qol ölçə-ölçə elə bir tərzdə danışardı ki,həmin anda dediklərinə qarşısındakındainam yaradardı...

Günlərin birində Nəcəfkişi biçənəyini təzəcə biçməyə başalmışdı ki,Meydanalı aldı onun başının üstünü:

-Nəcəf,mənim biçənəyimötür,gecikdirsəm yatar.Kərəntimin ağzı qırılıb. Kərəntini ver mən biçənəyimi biçim,sən sonra biçərsən.

Nəcəf kişi zarafatla dilləndi:

-Ay Meydanalı,səninözün kərəntisən də,kərəntini neynirsən?Onsuz da kəndin yarısını biçib tökmüsən...

ZarafatınınMeydanalının üzünü alça turşusuna döndərdiyini

görüb tez sözünün səmtini dəyişdi:

-Bir zarafatdır elədimdə...Sabah gəlib apararsan.Daha əlimi bulamışam, işimi yarımçıq qoymayım.

-Bir dayan görüm,nədedin,nə dedin!?

-Nə dedim ki,ayMeydanalı?

-Sən Leninəsöydün?

-Ay kişi,mənimLeninlə nə işim var?..

-Oğlum Mamedincanı üçün sən onu söydün!

-Allahın olsun,mənheç onun adını çəkdim ki!?

-Darıxma,Maqadandabığın buz bağlayanda bilərsən ki,çəkmisən,ya çəkməmisən!

Nəcəf kişi baxdıki,pis yerdə ilişib.Ürəyində cəhənnəm-gor deyib kərəntini Meydanalıya uzatdı:

-Kərəntini deyirsən,verim.Ammainsafın olsun,mən axı heç Leninin adını çəkmədim.

Meydanalı kərəntinialıb qırmızı-qırmızı:-"Ayə, sənsən də, qorxub-eləmə...Daha heç yerdə ağzımaalmaram!"-deyərək üz tutdu öz biçənəyinə...

Nəcəf kişi dayanıbnifrət dolu baxışlarla Meydanalının arxasıncabaxdı.Acı-acı əlini bığına çəkdi...Ona elə gəldi ki,biği artiq

buz bağlayır...

İKİNCİ ADIN İNTİHARI

Evinyeganə övladı sayılan Solmaz hələ yeniyetmə yaşlarından ata-anasınıitirmişdi.Əmisinin himayəsində yaşayırdı. On səkkiz yaşına təzəcə keçmişdi.Günlərin birində qonşuluqlarında qonaq olan oğlanın baxışlarını öz üzərindəhiss etdi.Çox keçmədi ki,ilk tanışlıq başlandı.Oğlanın adı Rauf idi və kənddəyaşayırdı.O da Solmaz kimi ata-anasını vaxtsız itirmışdi.

Günlərinbirində Rauf Solmazı da götürüb özü ilə kəndə qaçırdı...Oğlanın kənddə birotaqlı evi və həyətyanı torpaq sahəsi vardı.Solmaz burada özünü çox xoşbəxthiss edirdi.Ancaq bu xoşbəxtliyin ömrüheç bir il də çəkmədi...

Güclüküləkdən sonra qonşunun işıq xətti qırılıb düşmüşdü.Rauf bunu düzəltmək istəyərkən əlilə tutb dartdığıməftil yay kimi gərilib havaya qalxdı və yüksək gərginlikli elektrik xəttinətoxundu...Bununla da hər şey bitdi.Rauf qanadı sınmış quş kimi işıq dirəyininbaşından yerə düşdü...

Qoşulubqaçdığına görə Solmaz xəcalətindən əmisigilə qayıtmadı.Kənddə qalıb yaşamalıoldu.Yavaş-yavaş kəndə uyğunlaşdı.Pambıq becərməsində və yığımında iştiraketdi.Üzümçülük briqadasında da zəhmətə qatlaşdı...

BriqadirŞəmsi ailəli olsa da ,Solmazdan kəsirdi.Bir gün girəvələyib ona ürəyiniaçdı...Bildirdi ki, onu ürəkdən sevir...Axır ki, Şəmsinin şirin dili Solmazı yoldan çıxartdı...Gecələrinin çoxunubriqadir bu dul gəlinin yanında keçirirdi.Ancaqöz ailəsi duyuq düşəndən sonra buyoldan çəkilməli oldu.Gənclik ehtirasınınşirinliklərini dadan Solmaz isə hərzaman kişi nəfəsinə isinmək istəyirdi...Gecələr səhərə qədər balıncına sarılıbyatırdı...Cütləşmə dövründə qıvrıla-qıvrıla qalan ilanı xatırladırdı...

SonradanŞəmsini başqa birisi əvəz etdi.Bu eşqmacərası da uzun sürmədi,cəmisi beş-altı ay...Hansı səbəbdənsə həmin şəxs dəaradan çıxdı. Beləliklə,ücüncüsü,dördüncüsü,beşincisi də gəldi...Siyahıuzana-uzana gedirdi. Artıq Solmaz kənddə "məşhurlaşırdı"... Bəzənyorulurdu,gözlərinin altı qaralıb tuluqlayırdı da...

İllərbir-birini əvəz edirdi.Solmaz isə öz işində idi. Öz seksual həyatını yeni-yenimüştərilərlə naxışlayırdı....Növbənöv içkilərin və siqaretlərin orbitindədolanırdı. Gözünə bundan başqa heç nəgörünmürdü.

Solmazyaşlaşdıqca bu həyat tərzi"bankrota" gedirdi...Əyyamda-səyyamda bir müştərisi olurdu,yayox...Daha yıxnağını salmışdı öz həyətyanısahəsinə.Pomidordan,lobyadan,kələmdən,badımcandan əkib bir təhər girlənirdi.Yediyiniyeyir,yemədiyini dəyər-dəyməzinə satıb çörək pulu çıxarırdı...

Solmazın adı qonum-qonşuların söz-söhbətində fahişə adı ilə əvəz olunurdu. Daldada onufahişə çağıranların sayı bir ucdan artırdı...Fahişə adı Solmaz adını artıq kölgədə qoymuşdu. Biri deyirdi fahişə burdangəldi,biri deyirdi fahişə ordan getdi...

Solmazınqonşuluğundakı ailənin altı yaşlı oğlu Rüstəmin dovşanları vardı.Rüstəmvaxtının çoxunu bu dovşanlarla keçirirdi.Dovşanlar bir yerdə durmur,ora-buraqaçırdılar.Rüstəm onları çox zaman dirrikdən axtarıb tapırdı.

Bir günsəhər-səhər Solmaz evdə yır-yığış eləyirdi.Birdən qulağına səs gəldi.Kimsəçağırırdı:"ay Fahişə nənə,ay Fahişə nənə!.." Solmaz bayıra çıxdı.Baxdı ki,onu çəpərin qırağından durub səsləyənqonşunun altı yaşlı oğludur.

Solmazhikkəli-hikkəli:"O nə sözdür deyirsən,ay küçük"- deyə uşağın üstəyeridi.Uşaq Solmazın hərəkətindən heç nə başa düşməyib dilləndi:

-Nədeyirəm ki,ay Fahişə nənə?..Dovşanlarım sizin məhləyə keçib.Deyirəm ki,icazəverin onları çıxarım...

Uşağıneyni sözü təkrarlaması sanki Solmazı vahiməli bir yuxudan ayıltdı.Səbrini basıbdilləndi:

-Gəlkeç,apar dovşanını!..Mən Solmaz nənəyəm ey,Solmaz nənə!..Adımı düz de!..

-Yox,məniniyə aldadırsan,ay Fahişə nənə?!Axı sənin adınahamı Fahişə deyir!..

Solmaz daha sözün ucundan yapışıb ucuzluğagetmədi. Uşaq dovşanını tutub həyətdən çıxandan sonra qadın qayıdıb evə girdi.Hərəkətsizhalda dayanıb bir xeyli düşündü... İndi hiss edirdi ki,bu kənd üçün Solmaz adıçoxdan ölmüşdü...Kəndin sonradanqoyduğu adı isə sinirməyə taqəti qalmamışdı... Necə dəsinirəydi!? Axı hələ boyu bir qarış olan uşaq da onu bu adla çağırırdı... Üz-gözünəçökmüş kədər günəşin son qürub işığını xatırladırdı...Birdən harasa tələsirmiş kimiora-buranı eşələyib bir kəndirparçası tapdı.Sonra əl-ayaqda işlətdiyi kətili də götürüb həyətəçıxdı.Yaxınlaşdı evin qarşısındakı yaşılçadırı xatırladan ərikağacına...Kətilin üstə çıxıb əlindəki kəndirin bir ucunu ərik ağagının budağınabağladı, sonra o biri ucunu kürmək eləyib keçirdi boğazına. Ani olaraq ətrafa nəzər yetirdi və sonra gözünüdə qırpmadan kətili ayağı ilə kənara itələdi...Bu hərəkət artıq müdhiş birgörüntü yaratdı.Həmin anlarda sanki onun özüyox,ikinci adı intihar etdi...

QƏZA

Sürücü Kərim yük maşını ilə qəsəbənin mərkəzi küçəsindən keçərkən qəfildən əyləci çox bərkbasdı.Asfaltı dişinə keçirmək istəyən təkərlərin çıxardığı səs bütün ətrafındiqqətini özünə cəlb etdi.Hamının dabaxışı anidən bu maşına zilləndi...Gəlib-gedənlər küçədəporalaşdı...

Kərim kabinəni açıbpörtmüş halda yerə düşdü və həyəcandanözünü çox pis hiss etdi.Kabinənin dəstəyindən tutub güclə ayaq üstə dayanabildi...Maşının altını,böyür-başını nəzərdən keçirmək istədi.Ancaq ayaqlarısözünə baxmadı.Bircə addım da belə ata bilmədi. Fikrində öz-özünü qınamağabaşladı:"Necə oldu ki,belə ehtiyatsızlıqelədim?..Mən ki sürücü işlədiyim bu iyirmi ildə bircə qarışqanı daayaqlatmamışdım!"

Ətrafdakılar nəsəağır bir qəza baş verdiyini zənn edib maşının ətrafına yığışdılar.Bir gözqırpımında maşının ətrafına toplaşan adamların əlindən göydən iynə atsan yerə düşməzdi...Maşınayaxınlaşa bilməyənlərin hamısı da qıraqdan-qırağa sanki qəzanın şahidi kimihadisənin böyür-başını malalamaqla bir-birinə yaxın sözlər işlədirdi: "Öldü...", bu boyda yük maşınınaltda düşən sağ qalasıydı ki...", "xurd-xəşil oldu..."...

Özlərini hadisəyerinə çatıran polis kapitanı və ikiserjant ətrafdakıların danışığından kiminsə maşının altda qalıb öldüyünü zənnetdilər.Buna görə də kapitan serjantlara öz göstərişini verib,səsucaldıcı vasitəsiilə bildirdi:

-Vətəndaşlar,xahişedirəm, mərhumun qohum-əqrabalarından, yaxınlarından başqa hamı kənara çəkilsin!

Polislər tezlikləcamaatı kənarlaşdırdılar...Maşının yanında təkcə onlar özləriqaldılar.Serjantlardan biri əyilib maşınınaltda nəzər yetirdi.Sonra təəccüb dolubaxışla başını qaldırıb üzünü kapitana tutdu:

-Yoldaşkapitan,maşının altdakı itdir...

Kapitan onainanmırmış kimi özü aşağı əyilib maşının altda baxdı.Qeyzlə sürücünün üstəqışqırdı:

-Yaxın gəl,sənədlərini də bəri ver...Hanı bəs bu itin yiyəsininmeyiti?

-Nəçəlnik,itinyiyəsinin meyiti nədir,mən təkcə iti vurmuşam!..

-Bəs onda bu qədərcamaat bayaqdan nəyə yığışmışdı...

-Nə bilim,nəçəlnik,camaatdırdə...

-Əyə,sözüuzatma.Eşitməmisən,iti öldürənə sürüdərlər.Çək onu maşının altdan bəri!

Kərim elə bilki,yenidən özünə gəldi.O, əyilib itin qabaq ayaqlarından yapışdı.Əli qana batsada bir təhər dartıb leşi maşının altdan kənara çıxartdı. İtə fəhmlə nəzəryetirdi və özündə təpər tapıb dilləndi:

-Yoldaş nəçəlnik,tanıdımbu iti... Çox zaman İsmayılın paviliyonunun ətrafında fırlanırdı...Sahibiyoxdur,yiyəsizdir ...

Kapitan hikkəsinigizlətmədi:

-Nədir,əyə,lap it olsun, yiyəsiz görmüsən!?

Kərim hadüşünüb-daşınsa da kapitanın sualınacavab tapa bilmədi...Yerində qurcuxa-qurcuxa qaldı.Yazıq bir görkəm alıb qulağının dibini qaşıdı...