"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi
Prezident İlham Əliyev "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və "Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında" 9 iyul 2024-cü il tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Adalet.az xəbər verir ki, fərmana əsasən, Prezidentiyanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: Sisyemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və "Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri"nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.
Nazirlər Kabineti isə fərmandan irəli gələn məsələləri həll etməlidir.
Digər Xəbərlər
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
16 Mart 2026 12:07
Fransaya casusluqda ittiham olunan şəxsə hökm oxundu
13 Mart 2026 10:44


Bakı -°C

