adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2016 10:39
33891
TEXNOLOGİYA

Elektron poçtun yaradıcısı öldü

Elektron poçtun yaradıcısı 74 yaşlı Roy Tomlinson ürək tutmasından ölüb.


Amerikalı proqramçı Roy Tomlinson bütün dünyada internetin yaradıcısı və pioneri kimi tarixə düşüb. Məhz o ilk dəfə @ (ət) işarəsindən elektron məktublarda istifadə etməyə başlayıb.

Tomlinson ilk dəfə 1971-ci ildə bir kompüterdən digər kompüterə elektron poçt göndərilməsi ideyasını irəli sürüb. Onun bu kəşfi ümumilikdə internetin inkişafı ilə nəticələnib.