Eldəniz Quliyev: ADSIZ HEKAYƏ
Kimsə, haradasa göyə bir güllə atdı... * İçimdə bir musiqi vardı... Amma heç vaxt eşitmirdim onu, sadəcə, bilirdim ki, O var və eynən damarımda axan qan kimi, səssiz-səmirsiz axır... Hansı alətdə çalındığını da bilmirdim; arfa idi, ya neydi? Bəlkə də elə hər ikisinin "qol-boyun" olmasından yaranmışdı - bilmirəm... Özüm eşitməsəm də, bilirdim ki, ürəyim eşidir ONU. Yoxsa, içimdə musiqi olduğunu hardan biləsiydim?.. Günlərin bir günü o musiqini kəsdilər... Amansızcasına. Çiliklədilər, boğdular... İçimdə bir işıq da vardı - dəlisov bir işıq...
Onu da, nə görə bilirdim, nə də duya... Amma təsəvvür edirdim. Təsəvvür edirdim ki, daxilimdə həqiqətən bir işıq sayrışır - qaranlıqları öz canından süzüb aydınladan qəribə bir İŞIQ!.. Yəni belə olmasaydı, gözlərim nədən tez-tez alışıb yanırdı ki!.. Və bir gün o işığı da həmin o musiqi kimi...söndürdülər. Sanki qatı bir zülmətə yuvarlandım!..
Məkanın mövcud olmadığı, zamanın donduğu zil qaranlıq, intəhasız bir boşluğa... Bir zamanlar içimdə körpə təbəssümü kimi bir sevgi də vardı... Onu da görmürdüm, onu da eşitmirdim. Amma duyurdum. Bütün varlığımla duyurdum. Və o sevgi həm də İlahi şeirə bənzəyirdi. Onunla nəfəs alırdım, yaşayırdım, sevinirdim, qanadlanıb uçurdum. Xoşbəxt idim... Amma kimsə, ya kimlərsə ona da əl uzatdı; nifrət qatdılar, əzab, iztirab səpdilər. Əritdilər, kiçiltdilər o məsum sevgini ,- çarmıxa çəkdilər, dar ağacından asdılar... İndi o sevgidən təkcə qaysaq bağlamayan yara, ovunmayan göynərti qalıb... Ağrıyır, yaman ağrıyır!.. Hərdən mənə elə gəlirdi ki, RUH dediyimiz sirli-sehrli "varlıq" qeyri-maddi olan üç dəyərin bir şəkilidi...
Sevgi, işıq, musiqi!.. Axı nə üçün, nə səbəbə o ecazkar musiqini tellərindən, o sehrli işığı kirpiklərindən, o məsum sevgini təbəssümündən tutub da, yerə-göyə çırpdılar, sındırdılar, parça-parça elədilər?!... Necə qıydılar?..Nə üçün? Nədən?! Anlamıram. Bağışlamıram! ...Və bir gün gördüm ki, artıq ruhum da ölüb... Adamın ruhunun özündən əvvəl ölməsindən böyük faciə yox imiş, Allah!.. *
...Göy üzündə ləngər vura-vura bir quş lələyi uçurdu...
Digər Xəbərlər
15 Sentyabr 2026 11:24
YENİ TƏDRİS İLİMİZ MÜBARƏK!
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05


Bakı -°C

