Elçin Mirzəbəyli: Azərbaycandan kənara çıxan rəqəmsal gəlirlər vergiyə cəlb olunmalıdır
Xarici platformalar əldə etdikləri gələn ödənişlərə vergi tətbiqi zəruridir.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
Millət vəkili vurğulayıb ki, xarici rəqəmsal platformalar üzərindən Azərbaycandan kənara milyonlarla manat çıxır və bu platformalar ölkəyə vergi ödəmədən gəlir əldə edirlər. O bildirib ki, dünya ölkələrində rəqəmsal platforma vergisi tətbiq olunur və Azərbaycanda da bu istiqamətdə addımların atılması vacibdir.
E.Mirzəbəyli həmçinin qeyd edib ki, hazırda media sahəsinin bəzi seqmentlərinə vergi güzəştləri tətbiq edilir və eyni yanaşmanın digər media platformalarına da genişləndirilməsi məqsədəuyğundur.
Digər Xəbərlər
01 Aprel 2026 20:44
Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:37
XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
01 Aprel 2026 18:18


Bakı -°C

