adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
10 Sentyabr 2018 11:21
83592
MÜSAHİBƏ

Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi - Elman Türkoğlu ilə müsahibə

Azərbaycanın istiqlal hərəkatının önündə gedib həmişəhəmsöhbətimiz və bu öndə olma da ona bir Bayraqdar titulu qazandırıb. Biz dəredaksiyamızda görməyi artıq adət etdiyimiz, həmişə sayğı ilə qarşıladığımızElman Bayraqdarla elə söhbətimizi onun keçdiyi yol üzərində qurduq.


-Bəy, xoş gördük, necəsiz?

-Xəstəyəm.Qara ciyərdi, ürəkdi, böyrəkdi, qan təzyiqidi, bir də mədə altı vəzidi.Bunlarla savaş aparıram. Həkim dedi ki, xəstəxanda yatmalısan. Yatmadım. Maddivəziyyətim imkan vermədi. Dədə Elçibəydən sonra mən də düşdüm. Hələ kiyaşayırıq da, görək nə olur.

-Hal-hazırda nə işlə məşğulsunuz?

-Hazırdaheç bir işlə məşğul deyiləm, amma bayraqdarlığımı davam etdirirəm. 61 yaşımvar, 30 ilini hərəkatda keçirtmişəm. 1976-cı ildə Elçibəyi tanımışam.

-Elçibəylə aranızda münasibətlər necə idi?

-MəmmədƏmin Rəsulzadəyə babam, Elçibəyə isə dədəm deyirəm. Baxmayaraq ki, doğma babamvar. İki oğlum var. Birinin adını Məmməd Əmin, birinin adını isə Elçibəyqoymuşam. Məmməd Əmin 17 gün idi ki, məktəbi bitirmişdi, asıldı. Elçibəy Türkiyədə"Anadolu Universiteti”nə qəbul olundu. Ordan-burdan pul tapa-tapa təhsilhaqqını ödəsəm də, sonra gücüm çatmadı. Və uşağı universitetdən xaric elədilər.Hamı elə bilirdi ki, mən Qarabağ bölgəsindənəm. Amma 2009-cu ildə hamı biləndəki, əslən Masallıdanam, şoka düşmüşdülər. Bu ona görə idi ki, mən Azərbaycanıheç vaxt bölgələrə bölməmişəm. 1976-cı il, vəziyyət gərgin idi. Onuncu sinfibitirib, instituta sənəd verdim, amma imtahanlardan məni kəsdilər. Hərbi xidmətəgetməyimə bir il yarım qalmışdı. Daş karxanasında fəhlə kimi işə düzəldim. Həminərazidə hündür bir adamın gəzişdiyini görürdüm. Elə işlədiyimiz yerdən dəmiryolu keçirdi. Möhkəm də yağış yağmışdı. Mən də bilmirdim ki, relslər elektrikkeçirdir. Ayağımdakı yaş ayaqqabıyla bilmədən relsin üstünə çıxdım. Elektrik mənivurdu, yıxıldım, başım kərpicə dəydi, huşumu itirdim. ayılanda gördüm ki, hündürboy bir kişi başımın üstünü kəsdirib.

- O kişi kim idi?

Hələonuncu sinifdə oxuyanda qəzetlərin birində belə bir xəbər çıxmışdı qarşıma.Antisovet fikirlərinə görə Əbülfəz Əliyevi həbs etmişdilər. Bizə də atamız uşaqvaxtından türkçülüyü öyrədirdi. Atama bu xəbəri oxudum. O da dedi ki, deyəsən nəsəeləsə elə bu Əbülfəz edəcək. Çünki o vaxtlar atam məni məscidə aparardı. Məsciddəkimollalar, axundlar imkan düşəndə üstörtülü də olsa Sovet rejiminin tezliklədağılacağından danışırdılar.

Qayıdaq,yıxıldığım həmin günə. Yadımdadır ki, mənim pulumu verməmişdilər. Mən ayılandao hündür boy kişini başımın üstündə görəndə, ətrafımdakı hamı dağılışımışdı.Saçlarım da o vaxtın dəbinə uyğun, uzun idi. O kişi əllərilə başıma sığal çəkib,dedi ki, uzun saç sənə yaraşır. Adımı soruşdu, dedim, Elman Həsənbəyli. Mən dəonun adını soruşdum. Dedi, Əbülfəz Əliyev. Onda bildim ki, o həmin həbs olunanmilliyətçidi. Sonra mənə onun dostları daşları necə yığmağı öyrətdilər. Dahasonra Əbülfəz bəy soruşdu ki, başqa nə problemin var. Dedim, pulumu vermirlər.Tapışırdı ki, pulumu versinlər və verdilər də.




-Bəy orada nə işə baxırdı?

-Sadəcəgəzirdi. Özü dustaq olsa da, böyük hörmətivardı, sözünü eşidirdilər. Sonra hərbi xidmətə getdim. Qayıdan kimi "TibbUnivesiteti”nə sənədlərimi verdim. Qəbul olundum. Amma morqda bizə meyitiyarmağı tapşıranda bacarmadım və tibbdə oxumağı dayandırdım. Ümumiyyətlə, həkimliyə,aktyorluğa və başqa sahələrə eyni anda marağım vardı. 1981-ci ildə tarxin fakultəsinəqəbul olundum. Fakultəni bitirdim. Sonra özümə biznes qurdum. Pul qazandım. Opullar 1988-ci ildə köməyim oldu. Azərbayacana silahın gətirməkdə rol oynadım. 1984-cüildə Bakıda olanda çayxanaların birində Əbülfəz Elçibəylə rastlaşdım. Onayaxınlaşıb məni tanıyıb-tanımamağını soruşdum. Tanımadığını deyəndə dirəşmədim.Demədim ki, relsin üstündən qaldırdığı oğlan mənəm. Çayxanadan uzaqlaşdım. Uzunsözü qısası, 1988-ci ildə hərəkat başlandı. O mitinqlərdə dəfələrlə döyülmüşük.Burnum, qabırğalarım sınıb.

-Bütün bunlardan Elçibəyin xəbəri vardı?

-Bəlivar idi. Yüz minlərlə adamın içindən məni yanına çağırardı və "mənim əsgərim, qəhrəmanım”deyə müraciət edərdi. Elə Türkoğlu ləqəbini də bəy verib mənə.

-Hərəkat dövründə Elçibəydən başqa kimlərlədostluq edirdiz?

-MirMahmud Ağa, İsa Qəmbər bu adamlar mənə çox kömək ediblər. Ancaq indi İsa Qəmbərləküsülüyük.

-Niyə küsüşmüsüz?

-Elçibəyi, Məmməd Əmin Rəsuzladəni nə qədər sevmişəmsə İsa Qənbəri dəo qədər sevmişəm. Mənim əsas düşmənçiliyim Əli Kərimliylədir.

-1988-ci ili nəzərdə tutursuz?

-Xeyr.Əli Kərimli 1989-cu ildə ortaya çıxdı. Onun Qarabağ uğrunda vuruşması, mitinqlərintəşkil olunmasında iştirak etməsi yalan söhbətdir. Dəfələrlə mitinqlərdə araqarışan kimi qaçıb gizlənib. 1991-ci ilin mayında Azneftdən "Kukla teatrı”nakimi 50 min adam yürüşdə iştirak edirdi. Həmin yürüşün bayraqdarı mən idim. ƏliKərimli də orda idi. Qəfil polislər işə qarışdı. Əli Kərimli yoxa çıxdı. DədəmElçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi. Mənim Əli Kərimliylə vacib haqqhesabım var. Vaxtı çatanda bunu onunla həll edəcəm.

-Elçibəyin oğluyla münasibətiniz, əlaqəniz varmı?

-Bəli.Elçibəyin anım günlərində, qəbrini ziyarət edəndə və bəzi tədbirlərdərastlaşırıq. Mən həmişə onun atası, dədəm Elçibəyi çox istəmişəm. O öləndənsonra 45 gün, yağışlı günlərdə məzarının yanında dayanmışam. Hətta Elçibəyinvaxtında belə Əli Kərimlinin istefa məsələsini gündəmə mən gətirmişəm.