Ekspert: “Əksər ət dükanları kassa çeki vermir, əgər ət təhlükəli olarsa...”
“Ümumiyyətlə, Dövlət Vergi Xidmətinin bu sahədəki işini çox effektsiz hesab etmək olar. Güman edirəm ki, bunu bilərəkdən edirlər, şübhəsiz ki, burda korrupsiya əməlləri də var. Məsələn, “Sədərək Ticarət Mərkəzi” kimi böyük bir bazarda demək olar ki, heç bir mağazada kassa çeki vermirlər. Əhalinin ən çox mal aldığı yer “Sədərək Ticarət Mərkəzi”dir, amma malların geri qaytarılmasında Azad İstehlakçılar Birliyi çətinlik çəkir. Çünki kassa çeki yoxdur, qanunda da qeyd olunur ki, kassa çeki olmadan alınan malın geri qaytarılması üçün heç məhkəmə iddiası da qaldırmaq olmur”
Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əksər satış nöqtələrinin müştərilərə kassa çeki təqdim edə bilməməsi haqda danışarkən deyib. Ekspert ət və meyvə dükanlarında da bu cür oxşar halların olduğunu bildirib:
“Meyvə və ət dükanlarında isə bu başqa cür problemdir. Bu dükanlarda deyure guya kassa aparatı var, defakto isə yox dərəcisindədir. Əgər alınan ət təhlükəli vəziyyətdə, yeməli heyvan əti olmazsa, əslində qanuna görə əti geri qaytarmaq məsələsi problem yarada bilər. Çox təəssüflər olsun ki, bu, məsələ ölkədə böyük problem yaradır və Dövlət Vergi Xidmətinin böyük çatışmayan işlərindən biri də budur. Nəğdsiz ödənişlərin həyata keçirilməsində də müəyyən problemlər var.
Onlar qəsdən çalışırlar ki, nəğd ödənişlərə üstünlük versinlər. Bəzi dükanlarda isə şəxsi bank hesabına ödəniş etməyi tövsiyə edirlər. Düşünürəm ki, Dövlət Vergi Xidməti “Sədərək Ticarət Mərkəzi”nin və Binəqədi rayonunda yerləşən “Mini Sədərək” adlı dükana nəzər salsa, onları vergi ödəməyə cəlb etsə, dövlət büdcəsində xeyli artım olar. Çox təəssüflər olsun ki, Dövlət Vergi Xidməti bu problemlərə barmağarası baxır və ət dükanlarında da hazırda bu cür vergidən yayınmalar davam edir. Azad İstehlakçılar Birliyi isə Dövlət Vergi Xidmətinin bu işindən narazıdır və müraciət edirik ki, adını çəkdiyim problemlər həll edilsin. İstehlakçı hüquqlarının pozulması dövlətin maliyyə siyasətinin pozulması deməkdir”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
19 Dekabr 2025 18:10
Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub
19 Dekabr 2025 17:55
Azərbaycanda ov mövsümü açılır - Sabahdan
19 Dekabr 2025 13:40
Elektron siqaretlərin reklamı qadağan edilir
19 Dekabr 2025 13:11
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
19 Dekabr 2025 13:06
Əkin yerinin yandırılmasına görə yeni cərimələr
19 Dekabr 2025 11:34
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19 Dekabr 2025 11:10
“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
19 Dekabr 2025 10:06


Bakı -°C

