EKSPERT: “Düşünmürəm ki, qiymət artımında çox böyük dəyişiklik olsun”
Günümüzdə bir çox insanları maraqlandıran məsələlərdən biri də ictimai nəqliyyatda gediş haqlarında qiymət artımı ilə bağlıdır. Gündəlik evdən işə tələsən bir insanı avtobus və metrodakı insan sıxlığından çox, qiymət artımı narahat edir desək, yanılmarıq. Nəzərə alaq ki, Bakı ətrafı kəndlərdən metro istiqamətinə gəliş 40 və ya 50 qəpik təşkil edir. Aylıq əmək haqqısı 350- 400Azn olan bir sərnişin üçün, əlbəttə, bu xəbər sevindirici olmaz.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Adalet.az”-a danışıb.
Ekspertin sözlərinə görə, cəmiyyət həmişə qiymət artımına qarşı həssas olub.
“Gediş haqlarının artırılması vətəndaşın “nəbz”ini yoxlamaq üçün müəyyən bir zaman kəsiyində cəmiyyətə ötürülmüş bir siqnaldır. Təkcə bizim cəmiyyətdə deyil, bütün cəmiyyətlərdə qiymət artımına qarşı həssaslıq olur. Düşünürəm ki, dövlət qiymət artımı ilə bağlı məsələlərdə müəyyən dərəcədə iqtisadi islahatları nəzərə alacaq. Qiymət artımı balanslı şəkildə olmalıdır. Əgər maaşlarda da artım olarsa, vətəndaş gediş haqlarındakı artımı o qədər də kəskin qarşılamaz. Çünki vətəndaşın gəliri də qiymət artımı ilə uyğunlaşmalıdır. Doğrudur, qiymət artımı müəyyən sahədə öz əksini tapıb. Statistik rəqəmlərə baxsaq, nəticə bunu ehtifa etmir. Sahibkarlar xüsusən Bakı ətrafı kəndlərə sərnişinlərin daşınması üçün qiymət artımı etmək istəyirlər. Metropolitenin də qiymət artımı gözlənilən ola bilər.
Düşünürəm ki, elektromobil mühərrikli avtobusların gətirilməsi və xəttə buraxılması vətəndaşlar üçün daha səmərəli olar. Belə olan halda sərnişin daşımanın gəlirli olması öz əksini tapar”.
Nəzərə alaq ki, sürtkü yağları və yanacağın qiyməti artmaqdadır. Bura ehtiyat hissələri ə daxildir. Burada müəyyən tənəzzüllü məsələlər var.
Aslan Əsədov deyir ki, qiymət artımı İqtisadiyyat nazirliyinin səlahiyyətində olan bir məsələdir. “ Düşünmürəm ki, qiymət artımında çox böyük dəyişiklik olsun. Əgər qiymət artımı olarsa, bu, 5, 10 və ya 15 qəpik aralığında olacaq. Bu düşünmürəm ki, birdən- birə olsun. Çox güman ki, proses müəyən zaman kəsiyində gedəcək. İndiki halda bu haqda qəti fikir söyləmək düzgün yanaşma olmaz. Yekunda aidiyyatı qurumlar qərar verirlər.”
Əntiqə Kərimzadə
Digər Xəbərlər
24 Dekabr 2025 11:36
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?
24 Dekabr 2025 11:05
"İlham Əliyevin 22 illik prezidentlik dövründə iqtisadiyyatımız 4 dəfə böyüyüb"
23 Dekabr 2025 17:55
Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
23 Dekabr 2025 10:39
200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək?
22 Dekabr 2025 17:46
Azərbaycan benzininin Ermənistandakı satış qiyməti AÇIQLANIB
22 Dekabr 2025 17:27
Balıqçılıqla bağlı vergi güzəşti kürü istehsalına aid olmayacaq
22 Dekabr 2025 14:23
“Bir regionda baş verən hadisə minlərlə kilometr uzaqda qiymətlərə təsir edir...”
22 Dekabr 2025 13:22


Bakı -°C

