05 Sentyabr 2022 10:53
340
GÜNDƏM

Ekspert: “Bu hallar insanların həyatı üçün təhlükə riski yaradır”

Günümüzdə rastlaşdığımız xoşagəlməz  hadisələrdən biri də çoxmərtəbəli binaların  tikintisində baş verən qəzalardır. Bir çoxmərtəbəli binanın inşası üçün onlarla insan tikintiyə cəlb olunur. Bu isə  neçə- neçə insanların işlə təmin olunması deməkdir. Bəs həmin insanlara  “çörək verən” şirkətlər  öz işlərində  nə dərəcədə məsuliyyətlidirlər?

Bir çoxumuza məlumdur ki, işçilər xüsusi geyim forması,  baş və ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təmin edilməlidir.  Onların bu vasitələrdən istifadə etməsinə nəzarət olmalıdır. Yuxarıda saydı    qlarım işçi qüvvəsinin təhlükəsizliyi üçündür. Bəs həmin binaların tikintisində keyfiyyətli məhsuldan istifadə edilirmi? Yaxud da MTK-ların səlahiyyətliləri tikinti zamanı hadisələri nəzarətə götürürmü?

Son zamanlar çoxmərtəbəli binaların üz örtükləri ilə bağlı yaşanan xoşagəlməz olay günün müzakirə mözvusuna çevriib. 

Günmüzdə aktual  olan məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert  Elmar Nurəliyev Adalet.az-a danışıb.  Ekspertin sözlərinə görə, binaları tikən şirkətlər  həmin binaları istifadəyə verdikdə insanların həyat və sağlamlığı üçün birbaşa məsuliyyət  daşıyır: “ Təbii ki, idarəçilik hansı şirkət və müəssisə tərəfindən aparılırsa, həmin binanın  elektrik, qaz, su  təsəürrüfatına, binanın üz örtüyünün tam təhlükəsiz vəziyyətdə olmasına həmin şirkət tərəfindən nəzarət edilməlidir. Binaların üz örtüyü elə qaydada işlənməlidir ki, bina sakinlərinin və  həmin bina ətrafında hərəkət edən insanların həyatı üçün təhlükə mənbəyinə çevrilməsin. Çoxmərtəbəli binalar üçün önəmli məsələlərdən biri də lift təsərüüfatının qaydada olmasıdır.

Çox təəssüflər  olsun ki, bədbəxt  hadisələr baş verdikdən sonra təhlükəsizlik  sistemində problem olduğu yada düşür. Bu isə insanların həyatı üçün təhlükə riski yaradır. Və bəzən də bədbəxt hadisə ilə nəticələnir.

Elmar Nurəliyev bildirib ki, binanın üz örtüyündən daş qopması və ya hər hansı bir örtük parçası insanların, nəqliyyat vasitəsinin və əmlakın üzərinə düşməsin deyə, aidiyyatı qurumlar məsuliyyətli olmalıdır. Yəni həmin bina hansı qurumun balansındadırsa,  həmin şirkət binanın yararsız hala düşmüş hissəsini bərpa etməlidir.

Binanı istifadəyə verən şəxslər nəinki binanın üz örtüyü, ümumiyyətlə binada yerləşən  və binaya aid olan bütün təsərrüfatın təhlükəsizliyini təmin etməlidir.

Əntiqə Kərimzadə