adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Sentyabr 2019 11:26
18672
MƏMLƏKƏT

Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyi Seminar təşkil edib

Səbailrayon İcra Hakimiyyətində Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin(EMMİB), Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə həyata keçirdiyi "Dənizkənarıərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsi çərçivəsindəseminar təşkil edilib. Seminar layihə çərçivəsində Səbail və Binəqədi rayonlarının dənizkənarı ərazilərində təşkil edilmişmonitorinqin nəticələrinin müzakirəsinə həsr edilib.

Seminarda Səbail rayon İcra Hakimiyyətinin Əraziİdarəetmə və Yerli özünüidarəetmə orqanlarıilə iş şöbəsinin Müdiri Rövşən Süleymanov, Ekologiya və Təbii Sərvətlər NazirliyininXəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nemət Həsənov, Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və MühafizəMərkəzinin direktoru Famil Alkərəmov,Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqlarıninkişafı sektorunun böyük məsləhətçisiHamlet Rüstəmov, Səbail və Binəqədi rayonlarının Bələdiyyə sədrləri, həminərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin rəhbərləri, QHTsədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər. Tədbiri girişsözü ilə EMMİB-in sədri Qəmzə Yusubovaaçaraq layihə haqqında məlumat verib.

Sonra isə söz rəsmi qonaqlara verilib. Ərazi İdarəetmə və Yerli özünü idarəetməorqanları ilə iş şöbəsinin Müdiri Rövşən Süleymanov çıxış edərək rayon İH-nincəmiyyətin inkişafına və ətraf mühitin mühafizəsinə yönələn ekoloji layihələri bəyəndiyini və hər cürdəstək göstərməyə hazır olduqlarını bildirdi. XəzərKompleks Ekoloji Manitorinq İdarəsinin rəisi Nemət Həsənov isə öz çıxışında Xəzər dənizinin ekoloji problemlərinin həlli vəekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malikdövlətdaxili normativ aktlardan və Xəzər dənizinin sahil zolağında fəaliyyətgöstərən obyektlərdə formalaşan bərk tullantıların mövcud qanunvericiliyin tələblərinəuyğun idarə olunmasından danışdı. 

Xəzər Sahil Sulara EkolojiNəzarət və Mühafizə Mərkəzinin direktoru Famil Alkərəmov isə mərkəzin gördüyüişlər haqqında,dəniz sahilində yerləşdirilmiş modul tipli su təmizləyicistansiyalar,onların iş prinsipləri barəsində danışdı.Monitorinqin nəticələriilə bağlı Təşkilatın Ekoloqu Arif İbadanovətraflı çıxışı oldu.Seminar mövzu ətrafında müzakirələrlə davam etdi. QHTrəhbərləri və KİV nümayəndələri dövlət rəsmlərinə suallar verdilər. EMMİB-insədri Q.Yusubova layihənin həyata keçirilməsində dövlət orqanları ilə sıx əməkdaşlığındanrazılığını bildirib. Bunun QHT-Dövlət əməkdaşlığının bariz nümünəsi olduğunuməmnunluqla qeyd etdi.Sonda Q.Yusubovalayihənin həyata keçirilməsində fəal iştirakına və göstərdikləri təşkilatıdəstəyə görə Dövlət rəsmilərinə vəmonitorinq zamanı aşkarlanan nümunəvi iaşə obyekti sahibinə fəxrifərmanlar təqdim edilib.