18 Mart 2019 18:08
46559
MƏDƏNİYYƏT

Əjdər Həmidov: "Film tariximizdə ən yüksək qonorarı mən almışam"

Akademik MilliDram Teatrının tanınmış aktyoru, Xalq artisti Əjdər Həmidov "Ədalət"qəzetinin suallarını cavablandırıb.

- Əjdər müəllim,istərdim ki. müsahibəmizə sizi təbrik etməklə başlayım. Bildiyim qədər byaxınlarda Prezident İlham Əliyev sizə mənzil hədiyyə edib.

- Təbrik üçün təşəkküredirəm. Mənzil mənə Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşü ərəfəsindəhədiyyə edilmişdi.

- Prezidentin mədəniyyətvə incəsənət xadimləri ilə görüşündə iştirak edirdiniz?

- Xeyr, iştiraketmirdim. Amma həmin görüşün sənət üçün çox böyük faydası oldu. Həm sənətadamalrının məvacibləri artırıldı, həm də bir neçə sənət adamına, o cümlədən mənəmənzil hədiyyə edildi.

- Mənzillə bağlımüraciət etmişdiniz?

- Xeyr, müraciətetməmişdim. Prezident özü kimi məsləhət bilibsə, onlara Novruz hədiyyəsi etdi.

- Bundan böyükNovruz hədiyyəsi almışdınızmı?

- Heç vaxtbundan böyük hədiyyə almamışam. Həyatda ən böyük hədiyyəm bu olub. Yeddi ayıniçərisində həm Xalq artisti fəxri adına layiq görüldüm, həm də mənzillə təminedildim.

- Hər kəs bilirki, sənət aləmində qalmaqalsız insanlardan birisiniz. Amma buna rəğmən hərzaman qiymətləndirilirsiniz. Ancaq bəzi gənc həmkarlarınıza elə gəlir ki, nə qədərçox qalmaqal etsələr, daha tez uğur qazanacaqlar. Bu mənada gənclərə tövsiyyələrinizmaraqlıdır.

- Gənclərətövsiyyəm budur ki, qalmaqallardan uzaq olsunlar, başlarını aşağı salıb işlərinigörsünlər. İş görmək, sənət yaratmaq, işgüzar, zəhmətkeş olmaq lazımdır. Bu mənimqırx illik əməyimin bəhrəsidir. Qırx ildir bu sənətdəyəm, otuza yaxın filmə çəkilmişəm.Həm Sumqayıt dövlət Dram Teatrında, həm də "Azdrama"da onlarla rollaroynamışam. Bu uğurları qazanmaq üçün gecə-gündüz işləmişəm, zəhmət çəkmişəm. Gənclərsənətlə məşğul olsalar, fəxri ad və digər məsələlər özü gələcək.

- Yəqin ki, sizidə nə vaxtsa qalmaqala çəkmək istəyənlər olub...

- Qətiyyənqoşulmamışam. Öz dünyam, öz aləmim var. Həmişə öz fikrimlə hərəkət etmişəm vəyekunda məlum olub ki, doğru mövqedəyəm. Heç vaxt uduzmamışam.

- Hazırda filmə,seriala çəkilirsinizmi?

- İki seriala dəvətalmışam. Allah qoysa bayramdan sonra çəkilişlərə başlayacağıq.

- İstərdim ki,bir az da gənc aktyorların problemlərindən danışaq. "Azdrama"da gəncaktyorların hansı problemləri var?

- Bütünteatrlarda olduğu kimi, bizim teatrın da problemləri var. İlk növbədə məvacibproblemi idi ki, bu, müəyyən qədər həllini tapdı. Gənc aktyorların digərproblemi mənzil şəraitləri ilə bağlıdır. Bir çox aktyorlarımız hələ də kirayədəyaşayırlar. Cənab Prezident də həmin görüşdə bu məsələyə də toxundu.Sevindirici haldır ki, aktyorların məvacibləri əlli faiz artırıldı və ümid edirəmki, yenidən artım olacaq. Ümid edirəm ki, gənc atkyorlar üçün bina tikiləcək vəonlar da öz arzularına çatacaqlar.

- Son illər dövləttərəfindən filmlərə, seriallara xeyli vəsait ayrıldı. Amma bəzi sənətkarlar, məsələn,Afaq Bəşirqızı müsahibəsində bildirmişdi ki, həmin vəsait daha çox bəzirejissorların varlanmasına, evlərini, avtomobillərini yeniləməsinə xidmətetdi...

- Belə xətalarbaş verib. Amma bu bir az qaranlıq məsələdir, aydınlıq gətirmək mümkün deyil.Çox istərdim ki, ayrılan vəsaitdən səmərəli istifadə edilsin. Ayrılan vəsait sənətəxidmət etməlidir, şəxslərə yox. Sözün əsl mənasında filmlər çəkilməlidir, Azərbaycankinosunun şöhrətini, tarixini qaytarmaq lazımdır. Prezidentin etdiklərininqarşılığında bizdən yaxşı filmlər çəkmək, tamaşalar qoymaq tələb olunur. Sənətyaratmaq lazımdır. Bu iş bizim üzərimizə düşür.

- Çəkildiyinizfilmlərdən, seriallardan aldığınız qonorar sizi qane edirmi?

- Qətiyyən qaneetmir. O seriallardan aldığımız qonorar, qonorar deyil, qəpik-quruşdur. Biz həminməbləğin bir neçə qatını almalıyıq. Aktyora normal pul vermək lazımdır. Məsələn,bizdə seriallar çəkiləndə rejissor oturur pulun üstündə. Ayrılan pulu cibinəqoyur, aktyorlara qəpik-quruş paylayır. Belə olmaz!

- Hətta bildiyimqədər aktyorlarla müqavilə də imzalanmır...

- Bəli, eləaktyorlar var ki, pulsuz çəkilirlər. O aktyorlara üzümü tutub deyirəm ki, çəkilməyin,özünüzə qiymət verin. Pulsuz, təmənnasız çəkilməyin. Ucuz ətin şorbası olar?Aktyor öz dəyərini bilməsə, onu heç kim qiymətləndirməyəcək.

- Yəqin ki, sizədə qonorarsız çəkilmək təkliflər olub.

- Əlbəttə, olub.Əgər qonorarsız çəkilsəm, gərək bütün seriallara çəkiləm.

- Sizə elə gəlmirmiki, bu məsələdə bəzi təcrübəli aktyorların da təqsiri var. Çünki onların da bəziləriefirdə görünmək xatirinə pulsuz çəkilirlər.

- Əlbəttə,onların da təqsiri var. Aktyorluğu hörmətdən salırlar. Ekranda görünmək, gündəmdəolmaq xatirinə seriala, filmə çəkilməzlər. Mənim ilk filmim "Kişisözü" olub. O filmdən də necə lazımdırsa qonorarımı almışam. Ondan sonrada otuza yaxın filmə çəkilmişəm. Çünki sənətlə, filmlə uğur qazanmışam, başqayollarla yox.

- İndiyə qədər ənyüksək qonorarı hansı filmdən almısınız?

- Ən yüksəkqonorarı "Yoxlama" filmindən almışam. Qonorarımı dollarla verdilər. Həttaola bilər ki, film tariximizdə, müəyyən aktyorlar belə qonorar ala biliblər.

- Söhbət hansı məbləğdəngedir?

- Məbləğiaçıqlamaq istəmirəm.

- Yəqin ki, söhbət30-40 min dollardan gedir.

-Bəli, təxminən. Bizim film tarixində on min manatdan yuxarı qonorar alanolmayıb. Olsa da cəmi bir neçə aktyor belə qonorar alıb. Sadəcə onu deyə bilərəmki, 1987-ci ildən bu günə qədər çəkildiyim filmlərdə ən yüksək qonorarı"Yoxlama"da almışam.

İntiqamVALEHOĞLU