Əhməd İsmayılov: Azərbaycan və Türkiyənin media qurumlarının faydalı əməkdaşlıq əlaqələri var
“Azərbaycanla Türkiyənin media qurumlarının əməkdaşlığı çərçivəsində bu 5 il ərzində çox saylı birgə layihələr həyata keçirilib. Ankarada keçirilən Hərbi “Jurnalistika Təlim Proqramı", eləcə də "Media Savadlılığı" layihələri çərçivəsində hər iki ölkənin media qurumları arasında faydalı fikir mübadiləsi aparılıb”.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakıda "Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumunun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər" mövzusunda dəyirmi masada deyib.
Əhməd İsmayılovun sözlərinə görə, hər il təşkil olunan ənənəvi Şuşa Qlobal Media Forumunda aktual məsələlər ətrafında təcrübə mübadiləsinin təşviqi də əməkdaşlığın önəmli aspektlərindəndir:
“Ölkəmiz üçün böyük əhəmiyyət daşıyan və Milli Mətbuat Gününə təsadüf edən Şuşa Qlobal Media Forumu bu sahədə əməkdaşlığa ciddi təkan verir. 2023-cü ilin oktyabrında Azərbaycanın 30-dan çox qurumunun media ilə əlaqələrdən məsul şəxslərinin Türkiyəyə səfəri təşkil olunub. Azərbaycan və Türkiyə arasındakı münasibətləri bənzərsiz əməkdaşlıq modeli adlandırmaq mümkündür. Biz bir-birimizi beynəlxalq platformalarda qətiyyətlə dəstəkləyirik. İnanıram ki, növbəti illərdə qardaşlıq əlaqələrimiz daha da möhkəmlənəcək”.
Digər Xəbərlər
16 Iyun 2026 12:01
"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
16 Iyun 2026 11:36
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
16 Iyun 2026 10:08
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
12 Iyun 2026 14:31
Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır
10 Iyun 2026 15:22
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib
10 Iyun 2026 15:16
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
08 Iyun 2026 12:49
"Azərbaycan mediası bu istiqamətdə maarifləndirici fəaliyyət həyata keçirib" - Natiq Məmmədli
05 Iyun 2026 15:11


Bakı -°C

