Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib
2026-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən 6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Adalet.az xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,0 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz artıb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 4,9 faiz artıb.
İstehlak məhsullarının 38,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Digər Xəbərlər
13 Oktyabr 2026 18:11
İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTOLAR
13 Oktyabr 2026 11:49
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir" - İlham Əliyev
13 Oktyabr 2026 11:48
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
13 Oktyabr 2026 11:41


Bakı -°C

