adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Oktyabr 2019 14:35
24797
MARAQLI

ƏGƏR...

1. Əgər Cənub Amerika Vətəndaş Müharibəsini qazansaydı:

Təsiri: Amerika yenidən birləşir. Amma 1960-cı ildə.

İzahı: Amerika tarixçisi Makkinley Kantor 1960-cı ildə çap etdirdiyikitabında bunu gözəl izah etmişdi. Əgər konfederasiya qüvvələri 1863-cü ildə vətəndaş müharibəsiniqazansaydı, prezident Avraam Linkoln sürgün olunacaqdı. Cənub qüvvələri Vaşinqtonu ələ keçirəcəkdi.Paytaxt isə Kolumbus şəhəri seçiləcəkdi. Amma amerikalılar iqdisadi vəziyyətəgörə, artıq Alyaskanı Rusiyadan ala bilməyəcəkdi. Və Texas ştatı 1878-ci ildəmüstəqillik elan edəcəkdi. Digər ölkələrin təzyiqi səbəbindən konfederasiyaquldarlığı ləğv etmək məcburiyyətində qaldı. İki dünya müharibəsində bu üç millət(şimal, cənub və Texas) birlikdə vuruşduqdan sonra 1960-cı ildə yenidən birləşir.

2. Əgər Çarlz Lindberq 1940-cı ildə ABŞ prezidenti seçilsəydi:

Təsiri: ABŞ nasistlərə qoşulacaqdı.

İzahı: Yazıçı Filip Rotun əsəri əsasında Çarlz Lindberq ABŞ prezidentiseçilsəydi Amerika tam əminliklə nasistlərə qoşulacaqdı. Çünki Lindberqin "ağdərili"üstünlüyü və antisemitizm ideologiyası Hitler ideologiyasına daha yaxın olacaq.Və o, ABŞ-ı diktaturaya çevirib bütün rəqiblərini həbs etdirəcək. Və II DünyaMüharibəsində alman tərəfinə qoşulacaq.

3. Əgər Hitler Rusiyanı işğal etsəydi:

Təsiri: Fürer ən güclü liderlərdən biri kimi tarixə düşəcəkdi.

İzahı: Robert Harrisin "Ata yurdu" əsərində nasist Almaniyası1942-ci ildə Rusiyanı işğal edəcəkdi. Britaniyanın "eniqma" kodunu nəzərəalmaması nasistlərə qərb qüvvələriyləsülh razılaşmasına şərait yaradır. Və Hitler propoqanda sayəsində 20 ilboyunca tarixin ən uzaqgörən və ən uğurlulideri kimi qələmə alınacaqdı.

4. Əgər xristianlıq Qərbə yayılmasaydı:

Təsiri: "Aydınlanma" erkən baş verəcəkdi və min il boyuncadavam edəcəkdi.

İzahı: Fransız filosofu Şarl Renovinin əsəri əsasında alınan məlumatdaxristianlıq Roma imperiyası tərəfindən qərbə yayılmamsı, Avropanın tarixinitamamilə dəyişəcək. Yəni inkvizisiya, protestant çevrilişi, katolik-provoslavmüharibələri və Anqlikan kilsəsinin yaradılması kimi tarixi hadisələr heç vaxtbaş verməyəcək. Və Avropa cəmiyyəti iki yerə bölünəcək:

- Magiyaya meylli bütpərəst;

- Elmə meylli ateist cəmiyyəti.

5. Əgər romalılar Tutoburq döyüşünü qazansaydı:

Təsiri: Heç kim ingilis dilində danışmayacaqdı.

İzahı: Robert Kouleyin 1999-cu ildə yazdığı "Əgər?" əsərindəo, tarixin bu məqamına böyük diqqət yetirmişdi. Əgər Roma legionları IX əsrdəGerman tayfalarına Tutoburq meşəsində döyüş zamanı qalib gəlsəydilər, romalılarindiki Almaniyanı işğal edib, daha sonra Britaniyanı ələ keçirmək üçün şansqazanacaqdılar. Çünki bu döyüş məhz o döyüşdü ki, Romanı Qərbi Avropada zəiflətmişdi.Britaniyanın işğalından sonra artıq ingilis dili heç bir yerə yayılmayıb, latındili ilə əvəz olunacaqdı.

6. Əgər protestant reformasiyası heç vaxt baş verməsəydi:

Təsiri: Dünyanı xristianlıq idarə edəcəkdi, elm yox.

İzahı: Məşhur novellaçı Kinqsli Amisin 1976-cı ildəki əsərində qeyd edirki, Arturun böyük qardaşı 8-ci Henri qardaşı oğlunun tronunu ələ keçirməyəçalışır. Lakin dini döyüşlərdə həlak olur. Və bu da ona gətirib çıxarır ki,Anqlikan kilsəsi heç vaxt yaradılmır. Məğlubedilməz İspaniya Armadası heç vaxt məğlubolmur. Çünki I Elizabet heç vaxt dünyaya gəlmir. Martin Lüter katoliq kilsəsiilə birləşir və sonradan Papa olur və bu Avropanın taleyini tamamilə dəyişir.Dünyanı Vatikanın idarə etdiyi, texnologiyanın inkişaf etmədiyi, elektrikinqadağan olunduğu və alimlərin edam olunduğudövrdə uzun müddətli müsəlman-xristian soyuq müharibəsi gedir.


Hazırladı: Yılmaz İBRAHİMOV