Əfv sərəncamı neçə nəfərə şamil olunub?

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.
Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.
Digər Xəbərlər

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB + FOTOLAR

DTX Müstəqillik Günü ilə bağlı videoçarx hazırladı

Əliyev, Ərdoğan və Şərif Laçını gəzdilər - FOTOLAR

Hikmət Hacıyev Laçından görüntülər paylaşıb - VİDEO

Laçın Beynəlxalq Hava Limanının açılışı oldu - YENİLƏNİB + VİDEO

Türkiyə Prezidentinin təyyarəsi Laçına eniş etdi - YENİLƏNİB + VİDEO

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
