adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Sentyabr 2019 10:42
9892
GÜNDƏM

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib

ABŞ İnkişaf Agentliyinin Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi(ECSOFT) çərçivəsində Qəbələ şəhərində "Çirkli pulların yuyulmasına vəterrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri”adlı təlim keçirilib.

 Tədbirdə Ədliyyə Nazirliyinin QHT-lərlə iş şöbəsininrəisi Səbinə Salmanova və ECSOFT layihəsinin nümayəndələri Məhəmməd Quluzadə və Əliməmməd Nuriyev Qəbələ şəhəri və ətraf 5 rayondan olan 20 QHTnümayəndəsinə qeyd edilən mövzuda təqdimatlar ediblər.

Tədbirin məqsədi region QHT-lərini "Cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğunmaliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan RespublikasıQanunundan irəli gələn öhdəliklərlə tanış etmək və QHT-ləri maraqlandıransuallarını cavablandırmaq olub.

ƏdliyyəNazirliyinin nümayəndəsi Səbinə Salmanova ECSOFT layihəsi çərçivəsində nazirliktərəfindən mövzuya aid QHT-lər üçün metodik vəsaitin hazırlandığını qeyd edibvə yaxın günlərdə bu vəsaitin dərc olunmuş və fərdi elektron pəncərə vasitəsiilə elektron versiyalarının QHT-lərə paylanılacağını vurğulayıb.

Oxşartədbirlər Quba, Şirvan və Gəncə şəhərlərində də keçirilib. Yaxın zamanda Bakışəhərində də tədbirin təşkil edilməsi planlaşdırılır. Tədbirlərdə iştirak etməkistəyən QHT-lərdən [email protected]ünvanına müraciət etmələri xahiş olunur.