adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Oktyabr 2018 11:22
26861
ƏDƏBİYYAT

Ədəbiyyat qeybətdən yaranıb – Ayxan Ayvaz yazır...


Tarixdən əvvəl də insanlar vardı. Müasir insana oxşayan heyvanlar ilkdəfə təxminən 2, 5 milyon il öncə ortaya çıxdı. İnsana oxşayan heyvanlara HomoSapiens deyilirdi.

Daha sonra qidanın hardaolduğunu bildirmək üçün dil yarandı. Homo Sapienslərin dili ilk dil deyildiamma. Meymunlar və digər heyvanların da istifadə etdiyi dil vardı. Məsələn,meymun cinslərindən biri çoxlu səs çıxarda bilir. Zooloqlar bu səslərdənbəzilərinin nə anlama gəldiyini tapıblar. Məsələn bir səs "Diqqətli ol, kartalgəlir”, digəri isə "Aslan gəlir” mənasını verir. Maraqlı bir məsələ var burda.Tədqiqatçılar bu çağırışları təkrar bir qrup meymuna qulaq asdıranda onlarəllərindəki işi buraxıb qorxuyla yuxarı baxıblar. Digər bir qrup həmin səslərieşidəndə ağaca dırmaşıb.

Fikir verin, dil (əslindəbuna səs də deyə bilərik) ilk olaraq qidadan və qorxudan yaranıb. Yaşamaq üçünqida tapılmalı idi, ölməmək üçün təhlükəni bildirmək.

İlk insanlar qruplar halındayaşayırdı. Onlar aslandan, yırtıcı heyvandan daha çox özlərindən qorxurdular. Qrupdakim kimə nifrət edir, kim kimlə dostdur, kim kimlə düşməndir, kim dürüstdür,kim yalançıdır. Əsl təhlükə elə insan özü idi. Məhz bu səbəbdən dil yarandı.Daha doğrusu, belə deyə bilərik: dil qeybət üstündə yarandı.

Məsələnin digər tərəfi dahamaraqlıdır. Homo Sapienslər gördükləri deyil, xəbərdar olmadıqları varlıqlarhaqqında danışmağa başlamışdılar. Onlar heç danışmadığı, iyləmədiyi,toxunmadığı şeylər barəsində danışırdılar.

Varlığından xəbərsiz şeylərhaqqında hekayələr quraşdırmaqla əfsanələr, nağıllar və din ortaya çıxdı. Artıqtəhlükənin gəldiyini xəbər verməkdən əlavə Homo Sapienslər qəbilənin ruhununolduğunu deyə bilirdi.

Diqqət edin, əvvəl səs ortayaçıxır. Səs qida tapmaq və ölümdən yaxa qurtarmaq üçün yarandı. Buna ilkin dildə deyə bilərik.

Daha sonra qrup halındayaşayan ilk insanlar bir-birilərini tanımağa görə qeybət qırmağa başladılar. Vəbeləliklə, dil yarandı. İnsanların bir-birinə olan inamsızlığı və yırtıcıheyvandan daha çox özlərindən qorxması dili yaratdı.

Qeybət, kimisə izləmək,kiminsə sözünü dinləmək. İlk insandan bu yana vaz keçə bilmədiyimizməşğuliyyətdir. Səbəb isə çox sadədir: özünü qorumaq, təhlükədən xilas olmaqüçün. Müasir insan isə bəzən bunu əyləncəyə görə edir.

Hətta ədəbiyyat da qeybətdənyaranmırmı? Yazıçılar kimlərinsə həyatına kamera qoyur, kimlərisə dinləyir vənəticədə roman, hekayə ortaya çıxır.

Lap qədimdən bu yana insanlarqorxduqlarından, başqaları ilə maraqlandıqlarından dili ortaya çıxarıblar.Bizim belə bir ifadəmiz var: "Dilinin bəlasına düşüb”. Dil səni ya göylərəqaldırır, ya da o göylərdən kəlləmayallaq yerə salır. Başqalarını dinləyərək,başqalarının həyatı ilə maraqlanaraq insanlar əhvalatlar danışmağa başladılar.Şifahi bir ədəbiyyat. Sonra isə insanlar həmin danışılanları yazıya köçürdülər.Başqasının da oxuması üçün bunu etdilər.

İnsan yaradılışdan bu günəqədər həmişə sosiallaşmağa, özünü çoxluğa göstərməyə meylli olub. Argentinanıncənubunda Əllər Mağarası var. İnsanlar qayalara öz əllərinin rəsmini çəkiblər.Sanki milyon il əvvəl var olduqlarını göstərmək üçün. Qayaların üzərinə rəsmlərçəkilib, iz qoyulub. Bu günün müasir insanı da sosial şəbəkədə özünə hesabaçır, kofe içdiyinin, xarici ölkəyə gəzintiyə çıxdığının, kimlə bərabərolduğunun fotosunu çəkib publikaya çıxarır. Əvvəl də insanlar var olduqlarınıbildirmək istəyirdilər, indi də. Və bütün bununla bərabər insan insana inanmır,onu tanımaqdan qorxur. İnamsızlıq milyon ildir var. İlk insandan genetik yollakeçən inamsızlıq bizi bir-birimizdən uzaqlaşdırır.

Ona görə də düşünürəm ki,yeni insan tipi deyilən bir şey yanlışdır. İnsan həmişə insandır, sadəcə dekordəyişib. Biz lap qədimdən bir-birimizi izləyirdik, söz gətirib söz aparırdıq,qeybət qırırdıq. Bu maraq, ya da ki qorxu, inamsızlıq dilin yaranmağına səbəboldu. Beləliklə, qəzet, kitab, ədəbiyyat yarandı.