adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Noyabr 2018 10:22
21226
ƏDƏBİYYAT

Ədəbiyyat heç vaxt dərsliklərdə ola bilməz... – SORĞU

Ədəbiyyat dərsliklərində çox vaxt müasir yazıçılara az yer verilir. Bəzən yalnız adlarla kifayətlənirlər, əsərlər isə çap edilmir. 

Adalet.az yazarlardan "Ədəbiyyat dərsliklərinəhansı müasir yazıçılarımızın adı salınmalıdır?" mövzusunda sorğu keçirtdi. Cavabları təqdim edirik.






Yazıçı Şərif Ağayar: "Mənim adımsalınıb, ancaq əsərlər verilməyib. Prinsiplər şəffaf deyil. Və hər kəsinsalınması da vacib deyil. Misal üçün, Həmid Herisçi orta məktəbə ağır gələ bilər.Murad Köhnəqalanın uşaq şeirləri, "Bulud pinəçisi" povesti, SevincElsevərin bəzi şeir və hekayələri, Aqşin Yeniseyin şeirləri və s. şagirdlərüçün faydalı ola bilər.

Rafiq Tağı, Saday Budaqlı, Səfər Alışarlı, Əlabbas,Elçin Hüseynbəyli, Elxan Zal, Rasim Qaraca, Etimad Başkeçid, Mübariz Örən,Mirmehdi Ağaoğlu gənclərimizə tövsiyə etdiyim imzalardır. Salındı-salınmadıoxumaq lazımdır.”



Juranlist Faiq Qismətoğlu: "Mənim fikrimcə, "ala-bula,boz keçi” kimi şeirlər dərsliklərdən götürülməli, onların yerinə müasir düşüncəniuşaqlarda qeyri-adi ideya və düşüncə təbliğ edən şeirlər daxil edilməlidir. Mənistərdim ki, orta məktəbdə ədəbiyyat dərsliyinə Seyran Səxavətin, Ramiz Rövşənin,Vaqif Bayatılının, Eldar Baxışın, Vaqif Bəhmənlinin, Qulu Ağsəsin, Nüsrət Kəsəmənlinin,Aqil Abbasın yaratdığı əsərlər daxil edilsin. Qəribə olsa da deməliyəm ki,Seyid Əzim Şirvanin cəhaləti, mövhumatı tənqid və ifşa edən "Köpəyə ehsan”satirası dərslikdən çıxarılıb. Onun əvəzinə elə şailər və yazıçıların primitiv,bayağı, boz əsərləri daxil edilib ki, adam oxuyanda əti tökülür. Bu barədə bizciddi düşünməli, övladlarımızın mənəvi zənglinliyi, elmi dünya görüşünün formalaşmasıüçün dünya ədəbiyyatında gedən prosesləri ən azından onların diqqətinəçatdırmalıyıq. Əgər bu yoxsa boyat, bayağı və bir qədər də el dilində demişolsaq, pırsımış, cəfəngiyyat dolu hekayələri, şeirləri onlara oxutmaqla uşaq təfəkkürünümanqurtlaşdırmş oluruq.”



Yazıçı NarıngülNadir: "Dərsliklərə hansı əsərlərsalınmalıdır mövzusu bu gün səsləndirilən ən aktual mövzulardan biridir. Təbiiki, hər kəs dərslikdə öz zövqündə olan yazarın imzasını görmək istəyir. Ammabizim istəyimizdən asılı olmayaraq bu işdə şagirdlərin psixologiyasına tam bələdolan, dərslik məsələsində peşəkar olan mütəxəssislərlə ədəbiyyat tənqidçilərininortaq rəyi mütləqdir. Mənim fikrimcə bu yazarlar dərsliyə salına bilər: AqilAbbas, Ramiz Qusarçaylı, Qulu Ağsəs, Şərif Ağ, Qəşəm Nəcəfzadə, Əjdər Ol,Mübariz Örən, Qismət, Ayxan Ayvaz, Sevinc Nuruqızı...”






Yazıçı MirmehdiAğaoğlu: "Şərif Ağayarın "Şəkil” hekayəsi çıxandan sonrabelə bir söhbət eşitdim ki, həmin hekayəni dərsliklərə salacaqlar. Bilmirəmsöhbətin sonrası noldu, amma niyyət kimi yaxşı idi. Bir də Aqşin Yeniseyin "Kənd”şeirinin dərsliklərə salınmasını istəyərdim. İndi ağlıma başqası gəlmir. Yəqinki, çox namizəd var. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim "85-gün”hekayəmi də dərsliyə salmaq olar. Təklifdir də verirəm, kimdi bizi dinləyən. (gülür)”





Şair Aqşin Evrən: "Əgər hələ də dərslikdə adı yoxdursa, mütləq şəkildə Çingiz Hüseynovunadını və yaradıcılığını dərsliyə salmaq lazımdır. Ümumiyyətlə, yavaş-yavaşmüasir yazar və şairlərimizi müəyyən şəkildə məktəblərə, şagirdlərə təqdimetmək, onlara heç olmasa 1 dərs ayırmaq lazımdır. Məsələn, bu yaxınlarda biruniversitetdə müəllim tələbələrə müasir şairlərlə bağlı mövzu tapşırmışdı. İkitələbə mövzu kimi mənim yaradıcılığımı seçmişdi. Hər ikisi kifayət qədərsavadlı və ədəbi biliyə malik idi, gəldilər söhbət etdik, ədəbi proseslərdən,poeziyadan danışdıq və daha sonra 90 dəqiqəlik dərs, yazdığım şeirlərə, ədəbibaxışlarıma həsr edildi. Təsəvvür edin, müəllim 28 yaşlı bir cavan şairinəgüvənir. Bəs bu qurumlar niyə artıq 80 yaşına çatmış, sanballı əsərlər ortayaqoymuş yazıçılarımıza güvənməsin?

Bir də ƏkrəmƏylisinin adını belə salmasalar, heç olmasa, "Ürək yaman şeydir” hekayəsinindərsliyə daxil edilməsini istərdim.”




Yazar Ayxan Ayvaz: "Dərsliklərəqarşıyam. Ədəbiyyat heç vaxt dərsliklərdə ola bilməz. Heç bir yazıçıya dərsliklərədüşməyi arzu etmirəm. Ədəbiyyat böyük anlamdır. Onu dərslik səviyyəsinə endirməkolmaz. Vaxtilə Dostoyevskini tədrisdən çıxartmışdılar. Çünki o boyda dahibalaca bir dərsliyə sığışa bilməzdi. Ədəbiyyat axtarışdı.”