adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Fevral 2018 13:06
31218
ƏDƏBİYYAT

Ədəbiyyat dərslik kimi ləğv olunmalıdır - SORĞU

Bir çox dövrdə yazıçların əsərləri, adları dərsliklərə salınıb. Onların əsərləri təhsildə də öz yerini tapmışdır. Müstəqillik dövrümüzdən sonra çağdaş ədəbiyyatımızda bir neçə imzasını təsdiq etmiş yazıçlar var. Bəs bu yazıçılardan kimlər dərsliklərə daxil edilməlidir?

Adalet.az yazıçı, şairlərimizəsorğu ünvanlayıb - Çağdaş Azərbaycan ədəbiyyatının hansı yazıçıları dərsliklərəsalınmalıdır?









Yazıçı Səfər Alışarlı:"Bizim dərsliklərdəproblem çoxdur. Bəlkə də hansısa yazıçının adının ora düşməməsi orada mövcudolan konyunktura ilə müqayisədə bir o qədər ağrılı deyil. Biz hələ də bir cəmiyyətolaraq öz köhnə, dədə-baba yatağına doğru axan çay kimiyik. O yatağa qovuşandabelə şeylər haqqında ciddi danışmaq mümkün olacaq. İndi bizim həyatımızın böyükhissəsini müxtəlif xarakterli imitasiyalar təşkil edir. Ona görə də bu məsələləro qədər önəmli görünmür.








Yazıçı NərimanƏbdülrəhmanlı: "Dərsliklərə salınan çağdaşyazıçıların və mətnlərin başlıca olaraq şəxsi münasibətlər əsasında baş verdiyiməncə, heç kəsə gizli deyil. Dərsliklərdə elə müəlliflərə rast gəlirəm ki, qırxildi ədəbi aləmdə olduğuma baxmayaraq, o imzaları tanımıram. Yaxud elə imzalarvar ki, dərhal arxasında kimlərin dayandığını hiss eləyirsən. Belə hallar çox təəssüfdoğurur. Dərslikləri hazırlayanlar gərək obyektiv olsunlar, çağdaş ədəbiyyatımızındəyərli simalarını və dəyərli əsərlərini dərsliklərə salsınlar. Ümid eləyək ki,gələcəkdə bu sahədə yaxşılığa doğru dönüş yaranacaq.”




Şair Aqşin Yenisey:"Məndən olsa, ədəbiyyat bir dərslik kimi ləvğ olunmalıdır. Çünki hamı bilir ki, əsl ədəbiyyat heç vaxtdərsliklərdə öyrədilmir. Əksinə, ədəbiyyatın dərslik səviyyəsində təbliğiyetişən cəmiyyətin zövqünü korlayır. Bu dərsliyin ucbatından bütün Azərbaycanxalqı elə bilir ki, Nizami Gəncəvi papaqçı ilə palançını tutuşdurduğu üçünböyük şairdir. Mən ümumiyyətlə, ədəbiyyat adlı dərsliyin əleyhinəyəm, istərklassiklər olsun, istər çağdaşlar.”




Yazıçı Şərif Ağayar: "Azərbycan dərsliklərininAzərbaycan ədəbiyyatına dəxli yoxdur. Ona görə, ora düşmək lazmıdr, lazımdeyil, əvvəl bunu müzakirə etmək lazımdır. Məncə, ədəbiyyata düşə bilməkdir önəmliolan. Dərsliyə düşüb-düşməmək vacib deyil. Pətəyində balın olsun, arısı gələrBağdaddan...






Şair Ehtiram İlham: "Çağdaş qələmadamları içində kifayət qədər layiqli yazarlar var ki, onları həm orta, həm dəali məktəb dərsliklərinə salmaq olar və lazımdı. Yazıçılardan Saday Budaqlı, NərimanƏbdürrəhmanlı, Eyvaz Əlləzoğlu, Şərif Ağayar, Əyyub Qiyas, şairlərdən Musa Yaqub,Məmməd İsmayıl, Ramiz Rövşən, Murad Köhnəqala, İbrahim İlyaslı, Salam Sarvan,Vasif Süleyman və başqalarını misal çəkmək olar.”





Yazıçı Kənan Hacı: "Müstəqillik dövrü ədəbiyatının ciddiimzaları mütləq dərsliklərə daxil edilməlidir. Afaq Məsud, Kamal Abdulla, VaqifBayatlı, Ramiz Rövşən, İlqar Fəhmi, Şərif Ağayar və digərləri.”











Ədəbiyyatşünas İradə Musayeva: "Məncə dərsliklərə sırf hansı müəllifi salmaq prinsipideyil, hansı ədəbi nümunəni təqdim etmək, gənclikdə ədəbi-bədii, estetik zövqformalaşdırmaq üçün hansı əsəri salmaq? sualı qabardırmalıdır. Bizdəyaradıcılıq yox, şəxsiyyət təqdimatları adi hala çevrilib. Yəni, yazıçınınhəyatı, bütün yaradıcılıq xronolgiyası yox, gənclərin, məktəblilərin yaş psixologiyasına uyğun olaraqədəbi nümunə təqdim olunmalıdır. Məsələn, mən əvvəl "Mumu” əsərini oxuyub,sonra onun müəllifini sevmişdim. Amma indi qəribə seçimlər edirlər. Bir dəfədərslik polemikasında professor Pənah Xəlilovla müzakirətəşkil etmişdik. Bir əsərə irad bildirdik, o dərsliyə uyğun deyil. Pənahmüəllim dedi ki, müəllifə zəng vurub soruşduq, dedi, bu əsərimi salın.Təəccübləndim. Axı dərslik tərtib etmək metodologiyasında, elmində "müəllifinarsuzu” deyilən bir maddə yoxdur, amma aruzladığım müəlliflər və əsərlər var. İstərdimki, məktəblilər qoca, sovet ədəbiyyatı havasında böyüyüb, yaşayıb yaradanmüəllifləri tanımasın ancaq. Cavan nəslin müəlliflərinin də üslubu, mövzu-ideyaproblematikası dərsliklərə, proqrmalara yol tapsın. Məsələn, Qarabağ haqqında oqədər ağlamalı, pafoslu şeirlər salırlar, amma Qarabağ insanının acılarını,taleyini, obrazını o qədər müəkəmməl bədiiləşdirən Şərif Ağayarın hekayələriniproqram materialı, dərslik mətni kimi təqdir etmirlər.”



Yazar Ayxan Ayvaz: "Mən hansısa bir yazıçının dərsliyə salınmasını istəmərəm. Çünki üumiyyətlə ədəbiyyatın dərslik çərçivəsinə salınmasına qarşıyam. Dərslik ədəbiyyat kimi azad, geniş üfiqləri olan bir sahəni daraldır. Mən ədəbiyyatın dərsliklərdə olmasını heç vaxt istəməmişəm. Hələ testlərə, imtahanlara düşməsinə də. Ədəbiyyatın dərsliyə salınması yazıçı-şairlərimizi bütləşdirməyə yarayır. O dərslik artıq Quran kimi müqəddəs kitaba çevrilir. Hamı ona istinad edir. Bir adam dərsliyə düşübsə deməli artıq o çox böyük zirvədir, ona toxunmaq olmaz. Ədəbiyyat isə bütün bu söhbətlərdən kənarda öz həyatını yaşayır. Mən öz həyatını sakitcə yaşayan ədəbiyyatın yanındayam. Dərslik ədəbiyyatının yox."