adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 May 2019 14:49
24841
ƏDƏBİYYAT

Ədəbi yazarlarımızın poetik sızıltıları

Dərin poetik duyğuları ilə çırpınan, yurd-yuvahəsrətiylə göyüm-göyüm göynəyən qürbət şairimiz Nəsib Nəsiboğlunun kitablarınıdiqqətlə oxudum. Bu poetik istedadlı şairimizin mənəvi dünyasına az-çox hakim kəsildim.Elə bildim şairindünyaya gəldiyi əsrarəngiz, möhtəşəm dağların qoynunasığındım. Misraları bulaq kimi içdim, sətirlərdən özümə gül-çiçək köynəyigeydim. Coşqun dağ çayında yuyundum, sehirləndim. Qollarımı geniş açıb uludağları bağrıma basmaq istədim. Çəmən-çəmən, ayaqyalın dərələr boyuovsunlandım. Nəsibin bir-birindən oxunaqlı şeirlərindən duyğulandım.

Nəsib Nəbioğlununşeir dünyası rəngarəngdir. Qəmli, kədərli, hüzünlüdür. Bu təbii haldır. Həssasruhlu qəriblikdən, torpaq itkisindən, gorgah yarasından, xalq fəlakətindənyana-yana, kövrələ-kövrələ yazıb-yaradır dəyərli şairimiz Nəsib Nəbioğlu. Sözün,şeirin Dəlidağ boyda ağrısından arı kimi ağrı şirəsi çəkir. Nəsib kədərli söziçində qovrulur, yanır, alovlanır, ağlayır. Şair ən ağır, ən acı dərdiniözününkü hesab edir:

Özüm çəkim öz yükümü,

Alım gedim söz yükümü,

Aşılmaz bu dərd bükümü,

Ən ağır dərd mənimkidir.

Seçilmiş əsərlərininbirinci cildində Nəsib Nəbioğlu "Vətən” şeirindən başlayır. Dalbadal bir neçə"Azərbaycan” adlı istiqanlı şeirləri vətənpərvər şairin milli ruhunun nə qədərgüclü olduğuna canlı sübutdur. Şair Qarabağ ağrısına dözə bilmir, Azərbaycanınmüqəddəs üçrəngli bayrağı altında ölməyə də hazır olduğunu poetikləşdirir:

Analar dillənməsin bir də göz yaşı üstə,

Tarixim yazılmasın sinə başdaşı üstə.

Özüm görüm gözümlə Xankəndin başı üstə,

Dalğalan, enmə bir də, Azərbaycan bayrağı!

Neçə ildir boy atır ağır dərdim içimdə,

Bir dünya itirmişəm Şuşa, Laçın biçimdə.

Sonu yoxdur, qurtarmır mənim köçhaköçüm də,

Dalğalan, enmə bir də, Azərbaycan bayrağı!

Şairin fikrincə, onun bu fani dünyada ən böyük, ən ağır dərdi Qarabağyoxluğu, Qarabağ itkisidir,Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli əlçatmazlığıdır.Əlbəttə, müvəqqəti.

Şair Qarabağ üçün haray qoparır, göz-göz olanyaralarımızın sağalması naminə göz yaşını məlhəmə çevirir:

İndi Qarabağ adlı, gözləyir savaş məni,

Çağırır harayına o yurd, o dağ, daş məni.

Daşa dönüm, olmasam əsl vətəndaş, məni,

Mən ancaq baş əyərəm yarağımın önündə.

İstedadlı şairin poetik xəritəsi rəngbərəng,göynərtili, hədsizdərəcədə ağrılıdır. Onun çəkdiyi vətənsizlik yükünü Kəlbəcərindağlarına yükləsəngötürməz.Şair bütün şeirlərini ürək qanı, qəlb ağrısı iləyazır. Hər misra, hər sətir onu Vətən oduna yandırır.


Müqəddəs ana mövzusu şairin yaradıcılığındanqızıl xətlə keçir. Doğma torpağından didərgin düşən şair anası ram ola bilmir,göz yaşı ilə yolları yuyur. Vətən, Vətən deyib, uşaq kimi hönkürür, nalə çəkir.Gorgahlarımızın talan edilməsinə heç cür dözə bilmir. Bu baxımdan şairin "Anamıkiridə bilmirəm, Allah”, "Anamın”, "Yaşadın”, "Qara yaylıq”, "Anamı o tayaçağırmayıblar”,"Qaçqın anam, köçkün anam”, "Anam”, "Anamın dərdini duyan olmadı”, "Anama birmüjdə verə bilmədim”, "Sənin”, "Sən mənim ən əziz didərginimsən”, "Analı kəndimizgirir yuxuma”, "Gəlmişəm qəbrinin ziyarətinə” kimi şeirlər təkcə Nəsib Nəbioğlununöz anasına həsr olunmayıb. Mənə elə gəlir ki, bu şeirlərdə ən həssas, müqəddəsruhlu, didərgin, köçkün əzablı analarımızın sinə dərdinə, ürək naləsinə,onların Vətən harayına, ağılarına, bayatılarına, şivənlərinə qeyrətli şair andıilə yanaşır.

Ən yüksək poetik şeirləri ilə bizi ovsunlayanşair "Ana əllərindən öpək, general” şeirində həssas oxucunu silkələyir. Qeyrətlibir general Qarabağ uğrunda şəhid olan, mərdlik, cəsarət, böyük vətənpərvərliknümunəsi göstərən bir oğulun anasıqarşısında əyilir. Ananı bağrına basıb, onun əllərindənöpür. Şairin bu mövzuda yazdığı şeir milli qanla qələmə alınıb:

Qəlbində Qarabağ – torpaq ağrısı,

Şəhid dərdlərini daşıyır hələ.

Dərdli anaların dərdinə şərik,

Yaxşı ki, oğullar yaşayır hələ.

Bütün çiçəklərin ağrısı torpaq,

Dil açar yurdların əsir səsində.

Bir ana laylası, ana ağrısı

Dillənər "Qarabağ şikəstəsi”ndə...

Qeyd etdim ki, tərəddüdsüz Nəsib Nəbioğluna"ana şairi” də demək olar. Bütün ürək göynədən dərin mənalı, yüksək poetikruhlu şeirləri içərisində şairin ana mövzusunda yazdığı hüzünlü şeirlər dahaçox seçilir.

Şairin torpaq ağrısı, Vətən itkisi ilə inləyən,saçlarını ağardıb, qırışlar arasında sozalan, əriyən anası dözmür. Ana Kəlbəcərinqarı kimi gecə-gündüz əriyir. Ömrün bulanıq axarsuları içində sozala-sozala yaşayır, leysan-leysan ağlayır. Şair uşaq kimiyurd-yuva, el-oba dərdini çəkə-çəkə incəlir. "Anamı kiridə bilmirəm, Allah”şeiri xüsusilə seçilir.

Ahıyla bağrımı yandırdı-yaxdı,

Gözünü yığmadı, yollara baxdı,

Didərgin düşübdü bu qoca vaxtı,

Anamı kiridə bilmirəm, Allah!

Və yaxud:

Yığıb yaratdığı var talan olub,

Gözündə həqiqət ağ yalan olub,

Körpə uşaq kimi ağlağan olub,

Anamı kiridə bilmirəm, Allah!

Ana yoxluğu, ana dərdi sanki şairin belini əyir.Nə qədər yalvarır, qarşısında diz çökür, dil tökür, yenə də kirimir. Dağlaranaya dağ çəkir. Yollar ilan kimi ayaqlarına sarılır. Ağlamaqdan gözləri sel-suyuvasına dönür. Nəsib Nəbioğlu anasızlıq oduna alışır, yanır, yarası qaysaqbağlamır. Dəlidağdan əsən soyuq küləklər sanki külünü sovurur. Ana məhəbbəti,ana həsrəti, pərən-pərən düşən el-oba ağrısı ananı məhşər ayağına çəkir.Yuxarıda qeyd etdim ki, ağlar ana dərdi şairi sarsıdır, onun sağalmaz Qarabağyarasını göz-göz edir. "Anamın” adlı şeiri həyəcansız oxumaq olmur:

Yol alıb dağlardan bir düzə sığar,

Min illik gecəyə, gündüzə sığar,

Nə şairə sığar, nə sözə sığar,

Dərdi dağ-dağ, koma-koma anamın...

Şairin anası dərd içində qovrulur. Gözübaxa-baxa üz-gözü qırış-qırış qəm, ağrı-acı cığırına dönür. Yumaq kimi bükülüb,əsir düşən cəhrədarağı kimi əyilir. Nəsib Nəbioğlu bu amansız ağrını zəhər kimiiçir. Kəlbəcərin dünyagörmüş dağlarına boylanmaqdan üzülür. Vətən hey... Vətənhey... deməkdən dili qabar bağlayır. Gözünün yaşı quruyur. "Anamın” şeirindəndaha bir bənd misal gətirək. Şair deyir:

Dolandım başına, etmədi kərəm,

Onun yoxluğundan yamanca kürəm.

Gözümün yaşını gizli tökürəm,

Qorxuram qəbrindən daşa, anamın!..

Şair Nəsib Nəbioğlunun atası 1958-ci ildə,cavankən vəfat edib. Bir çətən külfət zavallı ananın öhtəsində qalıb. Bir öynəac, bir öynə yalavac qalan uşaqların əlində qalan ananın dodağında gülüşü,üz-gözündə təbəssümü yoxa çıxır. Nəğməsi yarımçıq qalır. Süfrəsinin qırışığıaçılmır. Dağarı una həsrət qalır. Kasıblıq qurd kimi ananın varlığını didir. Həmingündən ölənə qədər bu dərdli ana qara yaylığını başından açmır; Şair bu dərdiözünəməxsus şəkildə poetikləşdirir:

Bir şama bənzədi, əridi anam,

Bir dəstə uşağın qaldı əlində.

O gündən bilmədi sevinmək nədir,

Nəğməsi yarımçıq qaldı dilində...

Atam köçüb gedən gündən bu yana

Qara yaylığını bağladı anam.

Görmədim, bilmədim ağlamağını,

Həmişə gizlində ağladı anam...

Bütünlüklə Nəsib Nəbioğlunun ana şeirləriniayrıca təhlil etmək olar. Nəsib dərdli şairdi. Dərd onun ömür-gün yoldaşıdı. Deməkolar ki, bu böyük ürəkli vətəndaş şairin hər bir sözü, misrası, bəndi ruhsuzdeyil, canlıdı. Bəzən elə şeirləri var ki, onu oxuyanhəssas oxucu sarsılır,şairlə birlikdə ağlayır. Qarabağ üçün, dünyadan vaxtsız köçən anası üçün,doğulduğu əsrarəngiz Kəlbəcər dağları üçün sanki yanıb külə dönür. Ana haqqındanə qədər yazsa belə doymur. "Sənin” adlı şeirə diqqət edək:

Necə ağır keçdi bu qış gecəsi,

Üzünə gülmədi bu səhər sənin.

Atamın ruhuyla görüşmək üçün

Ruhun Dəlidağa tələsir sənin.

Öz doğma yurdunda köçkünə döndün,

Taleyi kəm olan küskünə döndün,

Şam kimi əridin, şam kimi söndün,

Üzürdü qəlbini bu qəhər sənin...

Kitabda on bölüm var. Hər bölümdə dərc olunanhər bir şeirin məna yükü, poetik deyim tərzi güclüdür. Bu şeirlərdə Vətənağrısı, Qarabağ dərdi, dostluq, sədaqət, sabaha inam, qələbə ruhu çox əhatəli şəkildəəsl şair ürəyinin ağrıları ilə qələmə alınıb. "Kəlbəcər daşı”, "Dağların dərdi”,"Ürəyim yurd yeridir”, "Vətən, sənin yaraların sağalmaz”, "Dərdimi deməyə adamtapılmır”, "Dardadı”, "Şairlər”, "A Bəhmən”, "Qərib eldə bitən ağac”, "Göylərdəbasdırın məni”, "Dünya belə dünyadı”, "Dərdə dözək”, "Ağlama, dağlar, ağlama”,"Araza şeir qoşanlar”, "Araz”, "Arzularım, başınıza dolanım” kimi tutarlı şeirləriyləşair oxucu məhəbbəti qazanmağa tam layiqdir. Biz yuxarıda qeyd etdik ki, yüksəkdünyagörüşlü, müdrik təfəkkürə malik şair kiçik mövzular içində qapılıb qalmır,daha dəyərli, geniş diapazonu, Vətən və xalq yanğısı ilə çitənmiş şeirlərləbizi silkələyir. Baxın, şairin qanı qurumamış Qarabağ, Zəngəzur, Dərələyəz,ümumən İrəvan yarası ilə bərabər Cənub mövzusunu da yaddan çıxarmır. Bəzən aralığa sədd çəkən Arazı qamçılayırıq,günahkar sayırıq. Suyun dili olsa bizi lənətləyər. Günahsız olduğunu söyləyər.Şair də bu fikirdədi: Tarixin beli qırılsın, Arazla Vətəni bölən barmaqlarqurusun!

Hünərdir, qovuşsa kəsilmiş qollar,

Yelkənim azadlıq dənizindədir.

Araz haqda yazan şairlər ki var,

İndi sərkərdələr əvəzindədir.

Dəvə karvanları keçən yolları,

Özümü bağlayıb, taleyi yoxsa?

Açar Xudafərin öz qollarını,

Arazın suları sevincdən axsa!..

Biz bu dəyərli kitab haqqında daha ətraflı,tutarlı söz deyə bilərdik, daha güclü poetik təhlillər aparardıq. Bir qəzet məqaləsindəbu, şübhəsiz, mümkün deyil.

Nəsib Nəbioğlu çağdaş ədəbiyyatımızın görkəmlisimalarındandır. O, hələ gənc yaşlarından çox güclü bir ədəbi mühitdə yetişib.Şairin dünyaya göz açdığı təbiət də bir növ onun poeziyasına qol-qanad verib.Klassik aşıq sənətimizin görkəmli yaradıcılarından Ağdabanlı Qurban, sağkəndahiləşən, Dəlidağ boyda heykəlləşən Dədə Şəmşir, Ənvər Rza, Bəhmən Vətənoğlu,Sücaət, görkəmli nasir, publisist, yazıçı və şair Əlövsət Ağalarov, lap gəncyaşlarından ədəbi mühitdə böyük istedadı ilə tanınan şair Adil Cəmil, yüksəktalantlı şair Məmməd Aslan, Aşıq Şəmşir oğlu şair Qənbər, diplomat yazıçımızEldar Həsənov (mən onun üç kitabını oxumuşam), şair Əli Qurbani, Şamil Əjdər,millət vəkili, bir neçə dəyərli kitab müəllifi Cavid Qənbər oğlu kimi sözxiridarları Nəsib Nəbioğlunun poetik istedadının cilalanmasında müstəsna roloynamışlar. Lakin Nəsib Nəbioğlu, şübhəsiz öz istedadı, həqiqi böyük şairliyiilə pöhrələnən güclü və qüdrətli qələm sahibidir.

Nəsib Nəbioğlunun şeir dünyasına bələd olanbir çox görkəmli tarixi şəxsiyyətlərgeniş ürəklə qiymətli fikirlər söyləmişlər. Nəsib Nəbioğlu çoxşaxəliyaradıcılığı ilə çağdaş Azərbaycan ədəbiyyatına misilsiz tövhələr vermişdir vəverir. Azərbaycan ədəbiyyatının Rusiyada geniş təbliğinə xidmətləri isə əvəzsizdir.Nəsib Nəbioğlu Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun poeziyafakültəsini bitirmişdir. Şair Azərbaycan Yazıçılar Birliyinin və RusiyaYazıçılar İttifaqının üzvü, Yazıçılar Birliyinin Moskva bölməsinin sədridir.

Son illərdəki yaradıcılıq uğurlarına görə şairbir sıra ədəbi mükafatlara layiq bilinmişdir. O cümlədən Xalq şairi R.Rza vəYuri Dolqorukin adına beynəlxalq mükafatlara layiq görülməsi onun görkəmli birşair kimi nüfuzunun nə qədər qiymətli olmasına dəlalət edir.

Nəsib Nəbioğlunun Azərbaycanda, Rusiyada vədigər xarici ölkələrdə bir sıra dolğun məzmunlu müasir dünya poeziyası səviyyəsindədərc olunan kitabları haqlı olaraq oxucular tərəfindən məhəbbət və ehtiramla qəbuledilmişdir. "Ürəyim yurd yeridir” (1988), "Dua eləyən bulaq” (1994), "Sizə sözüm var” (1998), "Bağışlamaz dağlar məni”(2004), "Nəğməkar əsgər” (2007), "Heç belə də kənd olar?”, "Ulduz nur saçırdıqayanın üstə” adlı şeir kitabları rus və Azərbaycan dillərində nəfis şəkildəböyük tirajla dərc olunub.

Son olaraq deyə bilərik ki, şairin şeirlərininəsas mövzusu ziddiyyətli, ağrı-acılı dünyanın təlatümlərindən, Vətən yarasınınsızıltılarından, insan taleyinin nə qədər mürəkkəb olmasından götürülüb.

Şairin ömrü acı ağrılarla doludur. Bu ağrıyükünü o, belə çəkib, belə poetikləşdirsə, ona – böyük şairimizə yalnız, Əhsən!- deyə bilərik!