adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 May 2018 10:06
44598
ƏDƏBİYYAT

Ədəbi tənqid ölüb? - SORĞU

Ədəbiyyatımızda "ədəbi tənqid” öz dövrünü başaçatdırıb? Adalet.az mövzuyla əlaqədar yazarların münasibətini öyrənib.






Yazıçı SəfərAlışarlı: "Ədəbi tənqidin öldüyünü iddia etmək düzgün olmaz.Çünki bir sıra hallarda oxucu özü yazıçıların yazdığını, xüsusilə əsər üçün sondərəcə qiymətli olan janr, üslub, ideya yeniliklərini qavrayıb mənimsəməkgücündə olmur. XIII əsrdə Avropa, o dünyanın öncülü İspaniya Aristotelin əsərlərinioxuyanda da başa düşmədi. Onlara dedilər ki, mərakeşli alim İbn Rüşd var(Аверроэс), ondan başqa heç kim sizə bunu başa sala bilməz. İbn RüşdAristotelin fəlsəfəsi ilə Avropanı atom bombasına qədər inkişaf etdirdi.Nizamini, Füzulini, Göteni, Coysu və başqalarını bugünün oxucusu belə təkbaşınadərk etmək qüdrətində deyil. Bu, müəyyən mənada bizim müasirimiz olan bir sırayazıçılara da aiddir. Ona görə ədəbi tənqidə cəmiyyətlərin ehtiyacı həmişəolacaq. Amma bizim bugünkü ədəbi tənqidimiz öz vəzifələrini icra etmir. Tənqidimizinali rütbəli simalarını bəzən üçüncü dərəcəli yazıçı və şairlərin qulluğundagörmək çox ağrılıdır.”



Ədəbiyyatşünas-tənqidçi İradə Musayeva: "Azərbaycan ədəbi tənqidinin sənət üçün xüsusiəhəmiyyəti olan təşəkkül dövrü olmadı. Məlum sovet ideologiyasının diktəsi iləişləyən ədəbi tənqid mərhələsi hələ də bitməyib. İndi daha cılız konyukturalarayuvarlanma halları baş alıb gedir. Hakimiyyətə və ideologiyalara yox, şəxslərə,şöhrətli ədəbi fiqurlara işləyən tənqid çeşidi yaranıb. Bu çox pisdir. 2-3nəfər normal ədəbi tənqid təfəkkürü ilə düşünən müəlliflərin isə mütəmadiyazmaması mənzərəni bir az da tündləşdirir.

Deməzdimədəbi tənqid tam tükənib, lakin bu günün ədəbiyyatının yaranmasında,formalaşmasında və obyektiv şəkildə qiymətləndirilməsində bu tənqidin rolu çoxkiçikdir. Daha pisi isə odur ki, bu günün tənqidinin elmi-nəzəri konsepsiyaları,nəzəriyyə kitabları və ədəbiyyat tarixinə yeni baxış metodologiyası yoxdur.Tənqidçilər çox vaxt mətnin səviyyəsini aşıb daha yuxarıdan, aydın görünəbiləcək uzaqlıqdan baxa bilmir əsərlərə. Müqayisəli təhlillər, ədəbiyyatınümumi mənzərəsini analiz edən yazılar çox azdır. Tənqiddə pafos və romantikyaltaqlıqlar həddindən çox diqqəti cəlb edən xüsusiyyətə çevrilib ki, bu daonun elmi əsaslarla işləməməsi deməkdir... Özündən müştəbeh imzalar yazıçı olabilməyən vəzifəli müəlliflər haqqında yeni "izm”, estetika çeşidi "kəşf” ediboxucuları çaşbaş salır. Bunun nəticəsidir ki, bədiyyat sahəsinin müəllifiolmayan adamlar "xalq yazıçısı” kimi təqdim ediləndə oxucu auditoriyasıheyrətlənəsi olur. Bu dəqiqə də tənqidçilərimizə göstəriş verilsə istənilənədəbiyyatsız müəllifi ədəbi düha kimi təqdim edə bilər... Bu sahədə əməllicəustalaşıblar...

Digər böyük problem ondan ibarətdir ki, ədəbi tənqid bu gün sonsuz,gələcəksiz kimi görünür. Ədəbi gənclik tənqiddə yoxdur. Bir çox cavanmüəlliflər var ki, az qala bütün janr və növlərdə yazır, o cümlədən də dostlarıhaqqında tənqid esseləri. Və bu esselərin böyüyüb ədəbi tənqid mətnləri,materialları olmasına ümid çox azdır... Bir sözlə, ölməmişik,amma yox kimiyik...



Yazıçı Şərif Ağayar: "Sovet dövründənqalma "Bu yaxşıdır, bu pisdir” tənqidi bitib. Müasir zamanımızda təhlilxarakterli intellektual və saf ədəbiyyat niyyətli yazıları yaradıcılığınayrılmaz hissəsi hesab edirəm. Yetər ki, bu təhlili birinə yarınmaq,yaltaqlanmaq, birinə nifrət saçmaq kimi ürəkbulandıran prinsiplər üzərindəqurmayasan. Niyyət çox önəmlidir. Niyyəti əsl ədəbiyyat olan heç nə ölə bilməz.”





Tənqidçi ƏsədCahangir: "Tənqid ölməyib, ənənəvi tənqid ölüb. Özündə elmi,dini, fəlsəfəni, bədilliyi billəşdirən yeni tənqid yaranıb. Bu isə inkişaf deməkdir.Qərbdə bu proses daha tez - 60-cı illərdən sonra yaranmışdı. Bart, Fuko, Eko...Bizdə bu prosesi Yaşar Qarayev, Akif Hüseynov, Kamal Abdulla, Nizami Cəfərovbaşladı. Yaşar müəllim və Akif müəllim təəssüf ki, dünyalarını dəyişdilər.Nizami müəllim hazırda daha çox elmi və adminstrativ işlər, Kamal müəlim isə həmdə bədii yaradcılıqla məşğul olur. Amma təbiidir ki onların əsaslandırdığı xəttdavam edir. Sadəcə ola bilsin ki bəzilərinin tənqid haqda təsəvvürü sovetdövründə qalıb. Məsələn, onlar tənqid deyəndə Mehdi Hüseyn, yaxud Qulu Xəlilovugöz önünə gətirirlər. Bu klassiklər vaxtında öz işlərini öz üslublarında görüblər.Bu günün tələbi və tərzi başqadır. Düşüncəni dəyişmək, ehkamçı təfəkkürdənxilas olmaq lazımdır.”



Yazıçı Etimad Başkeçid:"Vaxtilə Rusiyadan ətraf respublikalara yayılan, "kritika” kimitanıdığımız tənqid çoxdan ölüb. Yəni tarixi gedişat göstərdi ki, əsərin bir-ikiyaxşı cəhətini qeyd eləyib, ardınca "mənfi tərəfləri”nə yüklənmək, "çatışmazlıqlarınıgöstərmək” və hansısa kənar mülahizələrə əsaslanıb hökm vermək ənənəsi tamiflasa uğrayıb. Belə cəhdləri davam etdirməyə çalışan sənətkarlar indikizamanda gülməli görünür.

Amma təhlilə,araşdırmaya, əsər haqqında fikir yürütməyə əsaslanan "tənqid” həmişə olacaq.Müasir dünyada bədii əsərlər haqqında daha çox rəy yazılır. Rəyçilər bizimtənqidçilərdən fərqli olaraq obyektivliyə iddia etmir. Əksinə oxuculara onlarınsubyektiv fikirləri maraqlıdır. Sənin subyektiv fikirlərinin oxucuya maraqlıolması üçünsə özün, belə deyək, mükəmməl – bilikli, savadlı və eyni zamandamənəviyyatlı insan olmalısan; hər şeyə suyulmamalı, hər şeyi merkantilmaraqlarına qurban verməməlisən. Ona görə də, bəzən qərbdə bir rəyçinin yarımsəhifəlik yazısı əsərin ətrafında ajiotaj yarada bilir, yüz minlərlə kitabbirdən satılır. Bizdə isə, çox zaman əksinə olur – tənqidçinin palaz-palazyazıları olan-qalan oxucunu da kitabdan perik salır. Ruslar bunu "ayı xidməti”adlandırır.”



Şair Aqşin Yenisey:"Ölməyib öldürüblər.Məmur yazıçılar, şairlər pul verib ədəbi tənqidçi adı altında gizlənmiş ədəbikillerlər tutublar, sifariş veriblər ki, harda istedadla yazılmış mətn gördünüzizləyin, fürsət düşən kimi öldürün. Tənqidçilərimiz reinkarnasiyaya məruz qalmış Bakıqoçularıdır.







Yazar Xalid Kazımlı: "Yox, yaşadanlar var.Vaqif Yusifli, İradə Musayeva, Əsəd Cahangir. Adlarını çəkdiyimiz tənqidçilər,daha dəqiqi ədəbiyyatşünaslar ədəbi prosesləri izləyir, istər yeni işıq üzügörmüş əsərlərə, istərsə də zamanında yazılmış, populyar olmuş mətnlərə dair özrəylərini yazırlar. Onların fikirləri bir qədər fərqli prizmadan olur,çoxlarının tutmadığı, ötüb keçdiyi məqamlara dair olur, əsərlərin alt qatını, məğzinixırdalaya bilirlər. Ona görə də diqqəti cəlb edirlər. Bu şəxslərin yazdığıresenziyalar heç də sırf tərif və ya sırf tənqid deyil, ədəbi dəyərləndirmədir.”




Yazıçı Narıngül Nadir: "Hesab edirəm ki, nə qədər ki, ədəbiyyat mövcuddur, ədəbi əsərlər yaranır,tənqid də mövcud olacaq. Çünki tənqid özünü ədəbiyyatşünaslıq elminin tərkibhissəsində ehtiva edir. Məlumdur ki, tənqidçi çox mütaliəli olmalı, dünyaədəbiyyatında baş verən ədəbi prosesləri tam izləməli, nəzəri cəhətdənmüəllifdən öndə dayanmalıdır.

Tənqidçilik zəhmət sevən birpeşədir. Bu günkü maddi durumu nəzərə alsaq, tənqid işi fədəkar bir işdir.Ədəbiyyat kimi tənqid də zaman-zaman öz intibah və deqradasiya dövrləriniyaşayır. Mənə elə gəlir bu gün tənqid axtarış və inkişaf yolundadır. Ənənəvitənqidçilik metodu get-gedə aradan çıxaraq, öz yerini modern tənqidə verir.Çünki belə olmasa müasir əsəri təhlil etmək də mümkün deyil. Bu gün söhbətmövcud tənqidin sağlamlığından, öz obyektini tapmağından gedir. Elətənqidçiniin əsas uğurlarından biri öz hədəfini tapmaq və obyektiv olmaqdadır.Bu gün tənqidçi ancaq əsər ilə oxucu arasında öz missiyasını yerinə yetirir.Əgər yerinə yetirə bilirsə... Mənə elə gəlir ki, bu günkü tənqidin əsasproblemi də hədəfi düz seçməməkdədir. Bəzən zəif əsərlər peşəkar tənqidçilərtərəfindən təhlil olunur, əksinə, ədəbi cəhətdən uğurlu hesab edilən əsərlərisə həvəskar yazı adamları tərəfindən təhlilə gətirilir. Bu, oxucular arasındaçaşqınlıq yaradır. Çox vaxt təsis olunan ədəbi mükafatlar da buna hesablanır.Nəzərə almaq lazımdır ki, ədəbiyyatın inkişafı həm də tənqidçilikdən asılıdır.Tənqidçilərimiz zəif əsər müəlliflərinin adını dilə gətirməkdən çəkinirlər,bəzən ötəri şəkildə toxunmaqla keçirlər. Ədəbi müqayisələr, cəsarətlipolemikalar yox dərəcəsindədir. Ona görə də tənqidçilər nə yazsalar tərif kimiqəbul edilir.

Tənqidi inkişaf etdirmək vətənqidə açıq bir cəmiyyət formalaşdırmaq çox vacibdir.”




Yazar Günel Natiq:"Ədəbi tənqid doğurdanda ölüb. Tənqidçilərin müəyyən bir dairəsi var, o dairədə fəaliyyət göstərirlər.Maraqlarına uyğun gələnlər təriflənir, uyğun gəlməyənlər isə qamçılanır. Bu tənqidçilərambisiyalı olanlardır və hansısa uğursuzluqlarının, alınmayan karyeralarınınintiqamını belə alırlar. Belələri obyekt tapmaqda çətinlik çəkəndə həyatdaolmayan ədəbiyyat adamlarının tənqidi üzərində öz reklamlarını qururlar. Xüsusiambisiyaları olmayan tənqidçilər isə öz sahələrinə o dərəcədə həvəssizyanaşırlar ki, oxucuda haqqında söhbət gedən əsərə olan-qalan marağı daöldürürlər. Onların tənqidləri "yaxşıdır”, "pisdir” təyinləri ilə məhdudlaşır.Ümumiyyətlə isə tənqidçilər ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər vəenerjilərini əks istiqamətə, hansısa yazarın tərifinə yönəldirlər. Mən ənobyektiv tənqidçi kimi Cavanşir Yusiflinin adını qeyd etmək istərdim. Qələminmüqəddəsliyini dərk edən, öz prinsipləri olan bu ədəbiyyat adamına hörmətimböyükdür.”




Yazar Ayxan Ayvaz:"Məni indi ədəbiyyatmaraqlandırmır. Ona görə də ədəbi tənqidin durumu haqda da deyəcək bir sözümyoxdu. Həm də bu ədəbi tənqid indiki dövrümüzdə öz aktuallığını itirib. Bu sovetin töküntüsüdür, palçıq kimi üstümüzəyapışıb.”