adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Avqust 2015 16:17
6601
ƏDƏBİYYAT

Ədəbi təbliğatda Qərb ənənələri

Sivil, dünyəvi ölkələrdə ədəbiyyat həmdövlət, həm də ictimaiyyətin əsas prioritetidir. Kitab təbliğində, ədəbiinkişafda sanki yarışırmış kimi bir-birindən geri qalmayan Qərb ölkələrininnümunələri artıq bir çox dövlətlərdə sınaqdan keçirilib və ədəbi prosesinsürətlənməsində öz töhfəsini verib. Məsələn, Türkiyədə mütaliə sayıAzərbaycandan qat-qat yüksək olmasına baxmayaraq, kəmiyyət hələ də bu sahəninöndərləri üçün az görünür. Xüsusilə, ötən il bir neçə kitabxananın qiraətyetərsizliyi və maliyyə baxımından bağlanması ədibləri narahat etdiyindən, ədəbiyyata diqqəti daha da artırmalı oldular. Bunun çarəsini isə Avropada öztəsdiqini tapmış ədəbi müsabiqələrdə gördülər. Ölkədə keçirilən ənənəvimüsabiqələrlə yanaşı, yeni müsabiqələr də təsis olundu. Məqsəd, yeniyazarların, istedadlı gənclərin üzə çıxarılması, onlara maddi dəstək olunması vəbununla da ədəbiyyata marağın artırılmasıdır. Misal üçün ənənəvi "Kurşun KalemÖykü Ödülü”,  "Ölümsüz Öykülər”, "Mihri Hatun Şiir Yarışması” və s. müsabiqələrlə yanaşı "Cevdet Kudret Edebiyat Ödülü”, "Dağlarca Şiir Ödülü”, "Haldun Taner Uluslararası Tiyatro Eseri Yarışması”,"Hayata Tutunma Öyküleri”,  "Bilimkurgu Öykü Yarışması”, "Tabip Odası ÖyküYarışması", "Ömer Asım Aksoy RomanÖdülü” və b. təşkil olunmağa başlayıb. Göründüyü kimi, ədəbi təbliğat məqsədilə Türkiyədə, az qala, hər nəşriyyat bir ədəbimüsabiqə keçirir. Bundan başqa, rəsmi ədəbi qurumlar da vaxtaşırı nəsr, şeirmüsabiqələri təşkil edir. Bəs Azərbaycanda keçirilən ədəbi müsabiqələrinsayı və keyfiyyəti qənaətbəxşdirmi? Bu sualı Azərbaycanda keçirilən ədəbimüsabiqələrin təşkilində əməyi keçmiş, eləcə də iştirakçısı olmuş ədiblərimizcavablandırdılar:


Yazıçı-jurnalist Şərif Ağayar - Təbii ki,qənaətbəxş deyil. Çoxlu saxtakarlıqlar, tərəfkeşliklər var. Azərbaycandaobyektiv müsabiqə keçirmək asan məsələ deyil. Xırda istisnalarla deyərdim ki,biz belə müsabiqələrə hələ ki hazır deyilik. Xüsusən, ədəbiyyatı idarə eləməkiddiasında olan qurum və təşkilatlar normal rəqabət ab-hyavasını pozurlar. Ammahəvəsdən düşməyə dəyməz. Az da olsa, mütərəqqi qələm adamları var və onlargetdikcə daha da çoxalacaqlar. Bir gün biz də anlayacağıq ki, sənətdən yüksəkheç bir dəyər yoxdur. Nə kiminsə pulu, nə kiminsə vəzifəsi, nə də başqaməsələlər... Ümidi itirmək olmaz.


Filoloq-alim Məti Osmanoğlu -  Bu cür məsələləri ictimai tələbat həll eləyir.Yəni ictimaiyyətin ədəbiyyata, sözə, sənətə marağı nə qədər yüksək vəkeyfiyyətli olursa, təbliğat formaları da müxtəlifləşir, rəngarəng olur. İndikihalda bizdə ən böyük problem ictimaiyyətin mədəniyyətə, o cümlədən ədəbiyyatamünasibəti (və ya münasibətsizliyi) ilə bağlıdır. Bu baxımdan, düşünürəm ki,müsabiqələrin sayını artırmaqla keyfiyyət dəyişikliyinə nail olmaq çətindir.Bizdə müsabiqələr bəzən haqsız, bəzən haqlı dedi-qodu mənbəyinə də çevrilir...Ona görə də düşünürəm ki, mövcud olan müsabiqələrlə də kifayətlənmək olar. Ancaqkeyfiyyət qaneedici deyil və diqqət buna yönəldilməlidir.


"Kaspi” qəzetinin ədəbiyyat əlavəsininredaktoru Fərid Hüseyn – Azərbaycan kiçik ölkədir, ona görə də, hesab edirəm ki, müsabiqələrin sayıkifayətdir. Çox olsa, sular daha da bulanar. Sadəcə, obyektiv müsabiqələrə ehtiyacvar. Belə müsabiqələrin ciddi mənada problemi həll edəcəyinə ümidliyəm.


Şair Akif Əhmədgil - Təəssüf kibu cür ədəbi müsabiqələr festivallar bizdə az-az keçirilir. Halbuki, bumüsabiqələrin keçirilməsi xüsusən də gənc ədiblərin üzə çıxmasında, tanınmasındaöz töhvəsini verə bilər. BizdəMədəniyyət Nazirliyinin kecirdiyi "Qızıl kəlmə” ədəbi müsabiqəsini çıxmaq şərti ilə yaddaqalan başqa bir tədbir xatirlamıram. İndiyədəkbir neçə müsabiqə keçirilsə də, bunlar da təsadüfi xarakter daşıyır. Onların səviyyəsindən və obyektivliyindən danışmaq olmur. Müsabiqələrin təşkilində bir ardıcıl davamlılıq yoxdur. Üstəlik, indiki acınacaqlı durumda ədiblər müsabiqələrə təkcə qələmini tanıtmaq üçün yox, həmdə gəlir mənbəyi üçün qatılırlar. Hər ikisinin də yazarlar üçün əhəmiyyəti var.


Şəfiqə ŞƏFA