adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
29 Noyabr 2017 12:19
21943
ƏDƏBİYYAT

ƏDƏBİ ADLAR: Emil ZOLYA

Dünya şöhrətli yazıçı olmaqla yanaşı, həm də dünyajurnalistikasını kökündən dəyişən bir ad – Emil Zolya. Məhz bu fransızpublisistin sayəsində jurnalistika "Dördüncü hakimiyyət” pilləsinə qalxıb. Onun"jurnalistin işi həqiqətə işıq tutmaqdır” deyimi hətta jurnalistikanın devizinəçevrilib, deyə bilərəm. Jurnalistika Zolyadan əvvəl sadəcə bekar məzunların məşğuliyyətikimi dəyərləndirilirdi: iş tapa bilməyən yazı-pozu adamları qapı-qapı düşüb məqaləyazır, azsaylı insanların diqqətini çəkən qəzetlər buraxırdılar. Məhz EmilZolya dünyaya jurnalistikanın nəyə qadir olduğunu göstərdi. Həm də öz aqibətininəzərə almadan, yazdığı məqaləyə görə həbs qərarı çıxarılan, hakimiyyət tərəfindəntəqib olunan ilk jurnalist kimi də tarixə düşdü. Dünya anladı ki, jurnalistikakütləyə birbaşa təsir edə bilən, hətta hakimiyyət kürsüsünün ayaqlarını laxladabilən bir gücdədir.

Bu necə baş verdi? 1898-ci ilin 13 yanvarında yerlifransız qəzetlərinin birində Zolyanın "Mən ittiham edirəm” adlı dövlətbaşçısına açıq məktubu çap olundu. Tezliklə bütün ölkəni çənginə alan bu məktubformatlı məqalə digər Avropa ölkələrinə, oradan Amerikaya ayaq açdı. Zolya bu məktub-məqaləsinifransız ordusunun kapitanı Alfred Dreyfusun günahkar qismində Afrikadakı"İblis” adasında təkadamlıq hücrədə ömürlük həbsə atılmasına etiraz əlamətiolaraq yazmışdı. Kapitanı müttəhim kürsüsünə gətirən səbəblər, ona ləkəyaxanlar və sonunda dövlətin ən uca mövqeyində əyləşənlər açıq şəkildə ittihamolunurdu. Zolya bunun özü üçün nə ilə nəticələnəcəyini əla bilirdi. Bunu bilə-bilə,anasını, 2 arvadını, 2 azyaşlı uşağını təhlükə qarşısında qoyaraq ədalətin bərqərarolmasını tələb edirdi, həqiqətin izini buraxmırdı. Gözlənilən kimi oldu: əl-əlgəzən məqalədən kürkünə birə düşmüş hakimiyyət yazarın həbsə atılması ilə bağlıgöstəriş vermişdi. Bax burda Emilin bir vaxtlar yaşadığı bohem həyatı işinəyarayır. Onun sərsəri dostları, xüsusilə də impressionist rəssamlar təciliyazıçını İngiltərəyə qaçırırlar. Burada tez-tez adını və ünvanını dəyişən Zolyabaşını qorumaqdaykən, bütün dünyanın kiçik bərbərxanalarından tutmuş,parlamentlərinə qədər "Mən ittiham edirəm” məqaləsi müzakirə olunurdu. Nəhayət Zolyavə onun əsasını qoyduğu qərəzsiz, qorxmaz jurnalistika qalib gəlir. KapitanDreyfus azadlığa buraxılır və hakim dairələr xalqdan üzr istəyirlər, Emil Zolyaisə ölkəsinə geri dönə bilir.

Çoxları Zolyanın şöhrət izi ilə vəziyyətdən istifadəetdiyini düşünürdü. Amma bu onun nəyinə gərək idi?! Zolya 1898-ci ilə qədərartıq qoca qitədən tutmuş Yeni Dünyaya qədər məşhur idi. Onun saysız-hesabsız əsərləriyazıçıya kifayət qədər şöhrət və pul gətirirdi. Dönəminin ən zəngin və məşhuryazıçılarından idi. Təkcə "Jerminal” əsəri bəs idi ki, Emil Zolyanın cəsur, asivə kütləni ardınca aparan qələminə sitayiş olunsun. Yeri gəlmişkən, yuxarıda onunbohem rəssamlarla dostluğundan bəhs etmişdim. Bu səliqə-səhmanlı, alicənabkişinin sərsəri, üst-başı dağınıq, o zamanlar qəbul olunmayan impressionistlərlənə işi vardı? Məsələ burasındadır ki, o, vaxtilə atasız, kasıb, fiziki qüsurluolduğu üçün cəmiyyətin lağ hədəfi olarkən ona yeganə qahmar çıxan şəxs rəssam,uşaqlıq dostu Pol Sezann olmuşdu. Onu öz rəssam dostları ilə də Sezannyaxınlaşdırmışdı. Sonralar şöhrət və pulu əldə edəndə də rəssam dostlarınasadiq qalmışdı. Və "Jerminal”ı yazarkən Fransanın kömür mədənlərini gəzəndəorda bu rəssamlardan biri haqqında rəvayət eşidir. Mədənçilərdən ibarət yerlisakinlər bu rəssamı ikinci İsa Peyğəmbər adlandırırdılar. Axı özü quru çörək vəbir fincan qara qəhvəylə qidalanan, əynindəki paltarları kasıblara verib sətəlcəmdən tir-tir əsən,bununla belə hər kəsi Tanrıdan üz çevirməməyə çalışan bu adama başqa nə ad verməkolardı? Bu "İsa peyğəmbər” isə əvvəllər keşiş olmuş, sonralar dünya təsviri incəsənətininəfsanəsinə çevrilən Van Qoqun özü idi. "Jerminal”ı çap etdirəndən sonra ZolyaParisdə Van Qoqla da dostlarının köməyi ilə tanış olur.

Zolya – novator

Emil Zolyanın nəsri də publisistikası kimi kəsərliidi. Onun qələmindən çıxan bütün əsərlər sobadan təzəcə çıxmış isti kökələrkimi rahat həzm olunurdu. Yazıçının siyasi vəziyyətdən tutmuş, sevgi əzablarınaqədər yazdığı romanlar çoxsaylı oxucu kütləsi qazanırdı. Maraqlıdır ki, onun xəyanətdənvə ya insest münasibətlərdən yazdığı əsərlər belə o zamanın insanına yad, iyrəncgəlmirdi. "Doktor Paskal” povestində öz qardaşı qızı ilə evlənən əmini bu dəfəİsa Peyğəmbər kimi olmasa da, gənc Sara ilə evlənən İbrahim peyğəmbər kimixalqa sevdirə bilmişdi. "Tereza Raken” romanının qəhrəmanı isə ərinə dostu iləxəyanət edib, onu qətlə yetirən qadın olsa da, oxucunun rəğbətini qazana bilmişdi.

Dövrünün ən tanınmış yazıçılarından olan, eynizamanda novatoru hesab olunan Zolyanın Fransa kimi zəngin ədəbi mühiti olan birölkədə qəfil şöhrətlənməsi çox müzakirələrə səbəb olsa da, əslində sadə izahıvardı – cəsarət. Zolya hər yazıçının cəsarət edə bilmədiyi mövzulara asanlıqlatoxunub, onu sadə oxucunun öz dilində çatdırmağı bacarmışdı. Zamanındaqadağalara məruz qalmış "Jerminal”da əzilən fəhlə kütləsi, özbaşınalıq,yoxsulluğun ürək ağrıdan görüntülərini məharətlə qələmə almış Zolya 20 cildlik(!) "Ruqon-Makkarlar” əsərində Fransanın imperator sülaləsində yaşananrüsvayçılıq və onun ictimaiyyətdən gizli saxlanılması üçün bir-birinin ardıncabaş verən cinayətləri cəsarətlə təqdim edə bilmişdi. Buna görə də Emil Zolya özfərqini göstərərək önə çıxmış və XIX əsr Fransa ədəbiyyatının flaqmanınaçevrilmişdi.

Zolya və qadınlar

Zolyanın qadınlara münasibəti ziddiyətli idi. Hərhalda dediyi ilə etdiyi üst-üstə düşmürdü. "Qadınlar heç vaxt tam dürüst olabilmirlər. Çünki bunu özləri istəmirlər. Onlar sürəkli olaraq valideynlərinə, ərlərinə,sevgililərinə, rəfiqələrinə, hətta özlərinə belə yalan danışırlar”, – deməsinəbaxmayın. Fransa ədəbiyyatında qadına bərabərhüquqlu insan kimi yanaşan yazıçıda məhz elə Zolya sayılır. Hər halda Mopassan kimi ucdantutma bütün qadınlarıfahişə hesab etmir, Balzak kimi qadınları naxələf övlad çıxarmır, Merime kimi zərifcinsi bütün bəlaların səbəbi olan təhlükəli varlıq kimi təqdim etmirdi. O,qadının ehtiyac duyduğu sevgi, diqqət, şəfqəti daim əsərlərində qabardır,qadının etdiyi yanlışın arxasında elə kişinin dayandığına işarə edirdi. Oxucularındiqqətini ən çox onun müxtəlif təbəqədən olan insanların, əsasən də qadınlarınhiss və düşüncəsini psixoloji qatları ilə dəqiq verməsi çəkib. Xüsusən "Qadınxoşbəxtliyi”, "Sevgi səhifələri”, "Tereza Raken” əsərlərində qadının qısa müddətərzində hansı psixi vəziyyətlərə düçar olmasını o sanki kino lenti kimi anbaangöstərə bilib.

Zolya həyatda da qadından yarımışdı. Onun anasıEmilya Zolya atasının ölümündən sonra bir daha evlənməmiş, bütün diqqətini oğlunaayırmışdı. Kasıb qadın oğlunun yaxşı təhsil alması üçün yerli şəhər hakimiyyətinəqədər yalvarmağı özünə ar bilməmişdi. Daim oğlunun yanında olmuşdu. ArvadıAleksandrina ona əsl yoldaş, sadiq arvad, dost olmuşdu. Hətta kənarda daha gəncqadınla yaşayanda da onu başa düşmüş, Jannadan olan övladlarını bağrınabasmışdı. Bu qadınlar Zolya dünyasını dəyişəndən sonra dostlaşmış, heç biri ailəqurmamış, övladlarını böyüdərək Zolyanın xatirəsi ilə ovunmuşdular. Hər haldadünyanın barmaqarası baxdığı, yüngülxasiyyət fransız qadınları üçün çox böyük fədakarlırdır,elə deyilmi? Və bü üç fədakar qadın məhz Zolyanın bəxtinə düşmüşdü. Elə isə niyəqadınlara sidq ürəkdən inana bilmirdi? XIX əsr fransız qadının pozğun həyat tərzininöz ailəsinə də siraət edəcəyindən ehtiyat edirdimi? Ya ətrafındakı cəmiyyətin təsirialtına düşmüşdü? Cəmiyyəti arxasınca aparan yazıçının bu nəyinə lazım idi? Hərhalda böyük təsir altına düşdüyü və bulunduğu ortamlardakı əlçatan qadınlarınolmasından qaynaqlandığını bizə güman etmək qalır.

Emil Zolya əsərləri ən çox ekranlaşdırılmışklassiklərdən sayılır – 80-ə yaxın film çəkilib. Bunlardan ən məşhuru 1956-cıildə çəkilmiş "Tələ” filmidir ki, "Oskar” mükafatına layiq görülüb. 1993-cü ildəlentə alınmış "Jerminal” filmində baş rolu məşhur aktyor Jerar Depardyecanlandırıb. Zolyanın əsərinə sonuncu film isə 2013-cü ildə çəkilib. Bu dəfəekranlara "Tereza Raken” gətirilərək qadınlara ərə gedərkən yüz ölçüb bir biçməyitövsiyə edir.


Şəfiqə ŞƏFA