adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Yanvar 2017 16:38
23376
GÜNDƏM

“Ədalət”in ədaləti

Azərbaycan tarixinin ən çətin və təzadlı dönəmində, 1990-cı ildərespublikamızın ictimai-siyasi həyatına "Ədalət” qəzetinin gəlişinin hadisə olmasıtezliklə hamıya aydın oldu. Çünki, "Ədalət” respublikamızın informasiya məkanınaədalət gətirdi. Belə ki, xalqımızın milli azadlıq hərəkatının geniş vüsətalmasında və Sovet imperiyasının dağılmasında, Azərbaycanın dövlətmüstəqilliyinin bərpa edilməsində, daha sonra dünyəvi, demokratik, hüquqidövlət quruculuğunda, Ulu öndər Heydər Əliyevin strateji xəttinin dəstəklənməsində,konstitusion dəyərlərimizin qorunmasında, habelə, xalqımızın ictimai-siyasihəyatında bütün tale yüklü məsələlərin həllində "Ədalət” səlahiyyətləriçərçivəsində yaxından iştirak etmişdir. "Ədalət” fəaliyyətə başladığı gündən bugünədək Azərbaycan jurnalistikasında hər bir jurnalist üçün örnək etalonuolmağı bacaqdı. O, hər kəsə sübüt etdi ki, insan hüquq və azadlıqlarınınqorunmasına dair qanunvericiliyin tələblərini pozmadan,şərəf və ləyaqəti alçaltmadan, heç kəsi böhtan və təhqirə məruz qoymadanjurnalistin qələmini ən kəsərli silaha çevirib özbaşına məmurun, korrupsiyayaqurşanmış oliqarxın, xalqın inkişafında əngələ çevrilmiş hər bir antipodunüstünə cəsarətlə getmək olar. Xalqın mənafeyi naminə hər bir qanunsuzluğuhayqıraraq hər kəsə bəyan etmək olar.

Bu müddət ərzində "Ədalət” öz adına və jurnalist prinsipiallığına sadiq qalaraqməzlumun yanında, zalımın qarşısında oldu. Dövlətinin və xalqının mövqeyindəkorrupsioner və harınlamış hər kəsin önündə olmağı bacardı. Haqlı iləçiyin-çiyinə, haqsızla isə üzbəüz dayana bildi. Lazım olanda səngərdə əsgərinyanında, ehtiyac olduğu zaman tarlada kəndlinin yanında, məqamı gəldikdə Azərbaycanbayrağını qaldıran idmançının yanında, bir sözlə "Ədalət” hər zaman həryerdə öz varlığını göstərdi. Bax bu idi "Ədalət”in ədaləti!

Ədalət xatirinə deməliyik ki, "Ədalət”ə hörmətli həmkarım, dəyərli jurnalist vəmillət vəkili Aqil Abbasın rəhbərlik etməsi "Ədalət”in bu keyfiyyətləri qazanmasındavə inkişaf etdirməsində müstəsna rolu vardır. Azərbaycanın informasiya məkanınaqədəm qoyduğu vaxtdan "Ədalət” qəzetində Aqil Abbasın "filan nazirin əməkhaqqını filankəsov filankəs alır " , "filan rayon icra hakimiyyətinin başçısıvəzifəsini filankəsov filankəs tutur " və s. kimi jurnalistik replikalarınıhələ də xatırlayırıq. Obyektiv reallığa uyğun olmayan məlumatları dərc etmədən,söyüş söymədən, süründürməçi, bürrokrat, öz vəzifəsinin öhdəsindən gələbilməyən məmurlarla mübarizənin səmərəli usulunu nümayiş etdirən Aqil AbbasAzərbaycan jurnalistikasının klassik ənənələrinə sədaqətini nümayiş etdirirdivə həmin ənənələrə sədaqət bu gün də özünü göstərməkdədir.

1992-ci ildə Azərbaycanınsiyasi hakimiyyəti böhran yaşadığı bir vaxtda çalışdığım AzərbaycanRespublikasının Baş Prokurorluğundan qanunsuz olaraq xaric edildiyim vaxt"Ədalət” in ədalətsizliyə qarşı barışmaz mübarizəsinin şəxsən şahidi olmuşam.

Təbii ki, "Ədalət” özpeşəkarlığından və təcrübəsindən istifadə edərək hər zaman Azərbaycanın haqqsəsinin, eləcə də ermənilərin törətdiyi vəhşilik və soyqırımın dünyayaçatdırılmasında müstəsna xidmətləri olmuşdur. "Ədalət”in fəaliyyətinin buprinsipləri ümumilikdə Aqil Abbasın bütün yaradıcılığında öz əksini tapıb.Qarabağ döyüşləri ilə bağlı Aqil Abbasın eyni adlı əsərinə çəkilmiş "Dolu”filmi həmin nümunənin bariz göstəricisidir. Həmçinin "Ədalət” respublika vədünyada baş verən hadisələri izləyicilərinə çatdıran, Azərbaycan Parlamentininfəaliyyətini işıqlandıran informasiya vasitələrindən biridir. Müasirtexnologiyanın sürətlə inkişaf etdiyi və informasiya müharibəsinin dərinləşdiyibir dövrdə öz fəaliyyət istiqamətini dəyişməyən, əksinə öz mövqeyini daha dakəskinləşdirən "Ədalət” qəzetinin 5000-ci sayının dərc olunması Azərbaycanjurnalistiksının uğurudur.

Bu münasibətlə başdahörmətli həmkarım Aqil Abbas olmaqla, bütün "Ədalət”in zəhmətkeş və peşəkarkollektivini təbrik edirəm. Onalara bu çətin, lakin şərəfli işlərində yeni-yeniuğurlar arzulayıram.

Rafael Cəbrayılov
Milli Məclisin deputatı