adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Mart 2024 08:40
1934
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu:Utancaq ŞEİR

İlaxır çərşənbə qapımı kəsdi         
İçimdən  boğanaq gilavar  əsdi... 
Bayram ovqatına  cəhdim əbəsdi -
Gizlincə  mən onu    ürəyə taxdım...

Səsin  xatırlayıb, fındığın, qozun
Çırpdım yaddaşımdan  zamanın tozun!..
İstəyir yüz  yerə, min yerə  yozun -
Heç nəyə  yaramır cibi  boş  vaxtım!

Sirdi  mənim üçün  yaşamın  kodu,
Qarsıyır  üzümü  bazarın  odu!
Tərslikdən  çatışmır  suyun da  yodu -
Güzgüdə  bir  daha  özümə baxdım!..

Düşünmək  bu qədər de, ta  bəsdimi?
Öldürür  içimdə  gün  təbəssümü!..
Biraz ucuzvari Çin təbəssümü -
Onu da tapmadım  - gülmədi  baxdım!