ƏBÜLFƏT MƏDƏTOĞLU: QUZU KƏSİM...
(Təsəllinin də bitdiyi anın şeiri)
Başdan qalxan tüstümə,
Baxma, qaytar üstümə...
Hər gün duran qəsdimə -
Kədərə, quzu kəsim...
Çicək sayıb qoxuyum
Ləçək, ləçək toxuyum...
Şeir kimi oxuyum -
Qədərə, quzu kəsim...
Sən də, harayla, hayla
Bunu könlünə yayma!..
Heç nə yerinə sayma -
Hədərə, quzu kəsim...
...Bir topa bulud getsin...
Boş ver və unut , getsin!..
Ölmüş - son umud getsin -
Betərə quzu kəsim!..