adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyul 2018 18:24
14286
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: ÜRƏYİM

Qu tükündən yumuşaq,
Bir beşikdi ürəyim.
Sığışa bilmədiyin -
ev-eşikdi ürəyim...

Gözümə Yer-Göy dəyir,
Qamətimi Göy əyir.
Hava çəkir, göynəyir -
Gəl, deşikdi ürəyim.

Batıb aha, günaha,
Əlin açıb Allaha!
Dinindən dönüb daha -
Bax, keşişdi ürəyim.