adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2018 14:53
12280
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: SƏNİN ÜÇÜN GÜNAHAM

Gözlərimin dibinə
bir qaranlıq çökübdü...
Dərd ümid köynəyimi -
ilmə - ilmə sökübdü...

Pəncərəmə daş sükut
hörülüb ,. yol qəfəsdə...
Aşa bilmir sükutu -
üşüyən son nəfəs də...

Ürəyimə ağrılar
şırım çəkir -aratsız...
Şırımlara baxırlar -
ehtinasız... maraqsız...

Bu ömürün zərrələr -
anlar toplumu "ah" dı...
Mənim olmamağım tək -
olmağım da - günahdı!..