adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyul 2018 15:22
15263
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: Qorxuram

Qorxuram səni sevməkdən,

Qorxuram başıma vura.

Qorxuram səni sevəndə -

Ürəyim üzümədura!..


Sən özün çiçək dəstəsi,

Ruhun ilahi bəstəsi,

Mən isə ürək xəstəsi -

Qorxuram bu səni qıra...


Sən şıltaq, nazlı bir mələk,

Dil töküb gəlmirəm kələk!

Mənə özüm hallı gərək –

Məni başdan söküb – qura!