Əbülfət Mədətoğludan yeni şeir: ÖMRÜM
Daş yonulur , qum ələnir
Ruhum ruhuna bələnir ...
İçin - için qəlpələnir -
ömrüm...
Ümid şamım yanır , damır
Onu kimsə yanıldamır!
Tək sevincə yan alamır -
ömrüm...
Sənə qəmdən iraq deyir
Qəm bardağın qıraq deyir...
Pərvanənəm , Çıraq !- deyir -
ömrüm...
Ovut , oxşa , can xiffətin
Xatırla hər an ülfətin...
Ömründəsən Əbülfətin _
ÖMRÜM!