adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Aprel 2019 10:21
11577
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: OLA

Mənim qəm köynəyimi
Toxuyan kəsim ola...
İçimdəki kədəri -
Oxuyan kəsim ola...

Anlayıb gərəyimi
Göyərdə diləyimi...
Ovudub ürəyimi -
Oxşayan kəsim ola...

Səsim boylanan çəpər
Üstümə giley səpər...
Üzülməmiş son təpər -
Oxlayan kəsim ola!..

Varlığı mehdən incə
Ruhumu qoya dincə...
Ölümdən bir an öncə -
Yoxlayan kəsim ola!..