Əbülfət Mədətoğludan yeni şeir: İNSAN MƏNZƏRƏSİ
Yuxum qaçaq- özüm qaçqın...
Gözümün dibi lillənib...
Səhərləri necə açdın? -
Bir deyən yoxdu - dillənib...
Başımdan basır aşağı
Çəkdiyim qəmlərin fikri...
Qovur mən adlı uşağı -
Barmaqlarımın zikri...
Dumandı səmtim və bərəm
Yoxdu gələn , nə də görən...
Nə bitir ki, nə də dərəm? -
Nə də yoxdu ümid verən...
...Qaçaq yuxum , qaçqın özüm
Ortada başına qaldım...
Bir meh idi, əsdi sözüm -
Sonda göz yaşına qaldım...