adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Avqust 2018 16:45
12848
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan yeni şeir: GƏL

Dur gəl məni danışdır,
Bir az çıxım içimdən...
Bir az eşqə bulaşdır -
Bir az sevgi içim , mən...

Gəl, su uman ağac tək
Yarpaqlarımı dirilt...
Əlini sinəmə çək -
Çək , ürəyimi kirit!..

Gəl , qaralan gözümün
Didəsində şam yandır...
Bu şöləni görənlər -
Desinlər ki , şamandır...

Gəl , lap dinmə , danışma
Əlimi ovcuna al...
Lap heç mənə qarışma -
Amma qal!- beləcə qal...