Əbülfət Mədətoğludan yeni şeir: AÇDIĞIMIZ SƏHƏRƏ ...
Açılan bu səhərin
adını birgə seçək...
Onun nurlu yolunu -
əl -ələ , birgə keçək...
Hopduraq canımıza -
Hisslərə , qanımıza...
Bu xoşbəxt anımıza -
Söz süzüb - ümid içək!..
Yığıb bar- bəhərini
Boğaq qəm - qəhərini!..
Bu görüş səhərini -
Ömrün boyuna biçək!