Əbülfət Mədətoğludan yeni şeir
Ad çəkmirsən, qoy barı
yuxunda əyan olum...
Sözssüz öldürən yarı-
nazında bəyan olum...
Sevib hər tərəfini,
qəmini, fərəhini...
Sən adlı şərəfini-
ömrünə, oyan olum!
İçindəki ülfətdən,
keçib gəl , Əbülfətdən!
Nə sən bu məhəbbətdən-
Nə də mən, doyan olum!