adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Yanvar 2019 16:34
19337
ƏDƏBİYYAT

Əbülfət Mədətoğludan təzə şeir: Çəkirlər





















Mənimgünahlarım nə böyük imiş

Məniürəyimdən dara çəkirlər...

Mənimgünahlarım mənim yerimə -

Xəlvət,üzlərinə qara çəkirlər...


Tanrısevdalıyam ovun, ovunum

Adəmbabam kimi qovun, qovulum...

Dənsizdəyirman tək sovun, sovulum -

Özünüzgörün ki, hara çəkirlər.


Qismətidərd olub mən fağırın da

Çəkdimyüngülün də, lap ağırın da...

Bayramməqamında, il axırında -

Könlüməhədiyyə - yara çəkirlər...


Çırpdımqanadımı - uça bilməyə

Yerimdənsıçrayıb qaça bilməyə...

Əbülfət,kimisə uca pilləyə -

Sənisəastaca gora çəkirlər...