Əbülfət Mədətoğlu Sumqayıt Poeziya Evində oxucularla görüşdü - FOTOLAR
Dekabr 7-də Sumqayıt şəhər Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini, tanınmış şair-publisist Əbülfət Mədətoğlu ilə sumqayıtlı oxucuların görüşü keçirilib.
Tədbirin aparıcısı Əli Kərim adına Poeziya Klubunun müdiri İbrahim İlyaslı müəllifin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib.
Ədəbiyyatşünas-alimlər: Rüstəm Kamal və Rafiq Yusifoğlu, araşdırmaçı yazar Ramiz Göyüş, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, əməkdar artist Nazir Rüstəm, təqaüddə olan mədəniyyət işçisi Əli Niyazbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, şair və yazıçılar: Ehtiram İlham, Süleyman Abdulla, Süleyman Sərraf, Fərhad Məhərrəmov, Əbülfəz Əhməd, Lilpar Cəmşidqızı, Emin Piri, Elvin Əlizadə,Sahibə Yusif, RənaTəbəssüm çıxış edərək müəllifin yeni çap olunmuş kitabı haqqında öz fikirlərini bölüşüb və onu 65 illik yubileyi münasibətilə təbrik ediblər.
Xalq artistləri Yalçın Rzazadə və İlqar Muradovun ifasında sözləri Əbülfət Mədətoğluna məxsus olan mahnılar video-çarx şəklində tamaşaçılara təqdim olunub.
Müəllif tədbir boyunca öz şeirlərini səsləndirib və oxucuların suallarını cavablandırıb.
Sonda şair Əbülfət Mədətoğlu oxucular üçün öz kitabların ıimzalayıb.
İmza mərasimi bitdikdən sonra fotoqraf Şakir Rəhman tərəfindən xatirə şəkilləri çəkilib.
Digər Xəbərlər
18 Sentyabr 2026 20:50
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO
18 Sentyabr 2026 11:50
Vaqif Aslan: ""Könül və can birliyi "Vurğun və Azərbaycan" birliyidir!"
18 Sentyabr 2026 11:49
“SÖZÜN SƏSİ” – SÖZÜN, MUSİQİNİN VƏ KİNO SƏNƏTİNİN VƏHDƏTİ
18 Sentyabr 2026 09:10


Bakı -°C

