adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Sentyabr 2018 10:07
9819
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: PAYIZIN İLK YAĞIŞININ PIÇILDADIQLARI... APARDI

Əlimdən ümidləri -
Külək alıb apardı...
Əlimdən alan külək -
Bilək alıb apardı...

Çualı , cidamı da
Özümlə vidamı da...
Sonuncu nidamı da -
Dilək alıb apardı!..

Məcnun ruhum nur geyib
Həsrət çəkib, qəm yeyib...
Qəlbin məndədi !- deyib -
Mələk alıb apardı...

Pozaraq il vərimi
Ömürdən illərimi...
Mənim ağ güllərimi -
Fələk alıb apardı...