Əbülfət Mədətoğlu: Ömrümdən bir fraqment
Yazı masamın üstə
sıralanıb
bir ovuc,
bəlkə də bir dəstə
dərman...
bir də
onların yanında
həkim yazdığı möhürlü
çətin oxunan
təyinat...
Ardıcıl qeyd olunub -
nədən sonra
nəyi at!
Görünsə də
çox boyat-
bu fikir
yenə sınağa çəkir -
yaddaşımı...
Artıq əzbərləmişəm -
Bu dərman - ürəyimin;
bu dərman - mədəmin;
busa - ciyərlərimin;
bax bu da - əsəbimin;
damcı isə - gözümün;
nəhayət qoxusundan
bezdiyim bu gel isə -
oynaqların...
Səhər,günorta, axşam...
bunlara alışmışam!
Həm də,
dərman acı ömürlə -
barışmışam!
Lakin
təkliyimin,
sükutdan çəkdiyimin -
ağrısına,
dərman bilməyən
Eyni mühazirəni
hər müayinədə təkrarlayan
Həkim əlində
əlacsız
xəstə kimi qalmışam!..
Digər Xəbərlər
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21


Bakı -°C

