Əbülfət MƏDƏTOĞLU : YAR ADI...
(Saralmış dəftərdən)
Bu sevginin çınqısı da tonqaldı
Həsrətimin beli bükük - donqardı...
Talehimdə əvvl yoxdu, son qardı -
O nə səni, nə də məni yarıdır...
Fikir düyün,göz qan dolu, ürək çat
Kədər ilə yüklənibdi yaddaş kart...
İndən belə ya güllələ, ya daş at -
Tənhalığım - ölümümlə yarıdı!
Xəyal yorğun, ümid üzgün, qəm çapar...
Mənim kimi sevən ancaq qəm tapar!
Kirpiyini islatmağa nəm apar -
O nəmə də yazılıbdı yar adı...