Əbülfət MƏDƏTOĞLU: İSTƏYİRSƏN SEV MƏNİ
Uçmuş qaya, qopmuş çinar , ya da mən
Onlara bax!- düşəcəyəm yada mən...
Bənzəsəm də doğmaya mən, yada mən -
İstəmirdim , belə görüb, sevməni ...
Tay özün bil, istəyirsən sev məni...
Saralmış dən, vağanımış biçənək
Görünüşü göz hürküdən - iç mələk!
Məni sevib - çoxu qalıb gicələk ...
İstəmirdim , belə görüb , sevməni
Tay özün bil, istəyirsən sev məni!..
Göz yorunuq, üz qırışıq, əl titrək
İtirməli nəyimiz var, itirək?!
Sevgimizdə özümüzü bitirək -
İsitməsin ocaq məni, ev məni -
Tay özün bil... sevə bilsən, sev məni...
Xəyalıma dodaq büzüb , lağ etmə
Ağ dəlisən , sən ağ!- deyib . ağ etmə...
Bu şerimi özün oxu! - tağ etmə -
Görkü necə sevməliyəm, sevməli...
Bundan sonra... istəyirsən sev məni!