Əbülfət MƏDƏTOĞLU: GECƏDƏN DOĞULAN ŞEİR
Bu gecəni geyinəcəm,
Edəcəm gecə köynəyim...
İçin-için deyinəcəm -
Ötüb keçəcək , göynəyim...
Ruhumu da tül örpək tək
Sərəcəm kiprik ucuna...
Sən də, nəfəsi elə çək -
Qoyma , ürəyim uçuna...
İstəyim bir şamlıq umud
Əriyim . sızım içimə...
Adımı dodaqda qurut -
Mən alım, asım içimə...
Gecəni dan üzünədək
Ovcumun içində tutum...
Sən əlini üzünə çək -
Üzündən təbəssüm udum!..