adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Mart 2020 10:12
36027
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: DİBÇƏK ÇİÇƏKLƏRİNƏ XİTAB

Mənimlə bərabər
yuxudan oyanırlar
hər səhər
pəncərəmin
önündəki dibcəklər...
onlara baxa-baxa
çəkdiyim siqaretin
tüstüsünə dözürlər
bir təhər...

Gözümün içində
açılıb solan
çiçəklər...
İlk
tumurcuğu çırtlayıb
dodaqları
qızaran
bu çiçəyin adını
xatırlaya
bilmirəm
bir an...

Və içimdə
ildırım tək
acı qəhər
şaqqıldayır...
Dibçəklərdə olsalar da
sevinc bağışlayır
onlar...

Mən isə
nikatin adlı
zəhər...
özü də hər gün,
hər səhər...

İlk dəfə
açan çiçək,
bəlkə bu gün
səninlə birgə
çəkək -
könlümün
sahibi olan-
o qızın
həsrətini!..