adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
02 Dekabr 2019 10:26
31773
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: DƏLİ BİR İSTƏK






















Sonuncu duayam - oxuyun yavaş...
Oxuyun, siz məni duyana kimi!..
Əliniz Tanrıdan üzülməsin kaş -
Siz məni oxuyub doyana kimi...

İstəyin, bilirəm , qurtulmaq məndən
Çəkdiyim saralıb - olubdu dən - dən...
Nə Ondan küsəcəm, nə də ki , səndən -
Yuata götürüb yuyana kimi!

Gör necə göynəyir bağrımın başı?
Buzlayır kirpikdə gözümün yaşı...
Tanrı əlindədi bil, məhəng daşı -
Çəkib atacaqdı o yana kimi?!

Bu necə yazıdı, bu nə cür xislət
Daş üstə göyərir seçdiyim qismət!
Sənə yar gülləsi dəysin Əbülfət,-
Mən birdən üçədək sayana kimi!