Əbülfət Mədətoğlu: Ağrılarımın şeiri
"Özümdən özümə" silsiləsindən
Görürsən. bu səhər də
Gözüm qan çanağıdı...
Çöhrəmdəki qəhər də-
Solmuş gül yanağıdı...
Səsim də zəif, titrək
Üstündən kədər keçib...
Qoymur ümid bitirək -
Bizi bu qədər , seçib!
Qovrularaq içimin
Can acıdan hisində...
Dilini öyrənirəm -
Sən kükrəyən hirsin də!
Əlim boşda, dizimsə
Döyənəkdi daş üstə...
Ömür keçir, bizimsə -
Göy köynəkdi yaş üstə...
...Görürsən ovxalanır
Bu səhər də gözümdə...
İzsizcə sovxalanır -
Elə mənim özüm də!