Əbülfət Mədətoğlu: 14 avqust kədərim...
( Kəramətin...Vüqarın ruhuna)
Çevrəm seyrəldikcə gücüm azalır
Hamı görə-görə budanıram mən...
Əllərim, ay Allah, sənə uzanır -
Bu günkü halımdan utanıram mən!
Yer qaçır , elə bil, ayağım altdan
Fələk çəkib salır durduğum qatdan...
Beşəlli tutmadım mən kiu, həyatdan -
Niyə açıq-aşkar oddanıram mən?!.
İçində olduğum bu cismim - qəsir,
Yarpaq tökümüdü, küləklər əsir...
Həmi gözüm görür, həm ağlım kəsir -
Oxunub bitmədən qatdanıram mən...
Gözləyə bilməyib xoruz banını
Əbülfət qaşığa qoyur qanını...
Zaman öz hökmünün bilir anını -
Demə, çay gəlməmiş atlanıram , mən...
Digər Xəbərlər
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

