Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xorvatiyanın Rovinj şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclası çərçivəsində baş tutan görüşdə təşkilat ilə ölkəmiz arasında əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Nazir UNWTO–nun ölkəmizdə keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək tərəfdaşlığına görə baş katibə təşəkkürünü bildirib.
İcraiyyə Şurasının açılış mərasimində iclasın sədri, Yamaykanın turizm naziri, Xorvatiyanın turizm naziri, UNWTO-nun baş katibi Taleb Rifai, keçmiş baş katiblər, Turizm Etika Komitəsinin sədri çıxış edib, 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunması istiqamətində müzakirə aparıblar.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52