Əbülfəs Qarayev teatr rəhbərini işdən azad etdi
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdam dövlət dram teatrının müdirini işdən azad edib.
Adalet.az xəbər verir ki, nazirin əmri ilə Fəxrəddin Hacıbəyli vəzifəsindən uzaqlaşdırılıb. Yerli sakinlərin sözlərinə görə, F. Hacıbəyli rayonun keçmiş icra başçısı Nizami Sadıqovun yaxın dostu olub.
Nazirin digər əmri ilə rayonun Əhmədağalı kənd mədəniyyət evinin müdiri Soltan Həsənov teatrın yeni rəhbəri təyin olunub.
Digər Xəbərlər
03 May 2024 11:27