adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Oktyabr 2014 14:03
12254
GÜNDƏM

Ebolaya dərman tapıldı! İtirmişdilər ki?!

Donuz qripi,eşşək qripi, Çin tozu, Sibir yazvası,qancıq sidiyi… Hər il bir xəstəlik çıxır. Minlərlə adam ölür, guya dərmanaxtarırlar və sonra da guya tapırlar.İndi də ebola çıxıb və dünən dedilər ki,guya ona da «aşı» tapdılar, yəni dərman.

Rəhmətlik Pavlovtəcrübəni itlərin üzərində aparırdı. İndi təcrübəni insanlarınüzərində aparırlar. Bir tərəfdən dərmanmafiyası, bir tərəfdən də siyasət. Çin tozunun Çinin iqtisadiyyatına, Sibiryazvasının da Rusiya iqtisadiyyatına nə qədər zərbə vurduğunu bilmək üçün YunusOğuzun «Nadir şah» romanını yarısınaqədər oxumaq kifayətdi. Amma axıradək oxusanız da pis olmaz.

Bəli, müasirdünyada insan itdən ucuz olub. İstədimdeyim alçaq olub, dedim yaxşı deyil, yazmadım.