adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Oktyabr 2014 11:23
4471
SAĞLAMLIQ

Ebola virusuna görə 45 xəstəxana ayrılıb

Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusunayoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Bu barədə "Milliyyət” qəzetiölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportlarınmövcud olduqları vilayətlərdə ayrılıb. Xəstəxanaların 3-ü Ankarada, 2-si İstanbulda ayrılıb.

Bundan başqa virusun önlənməsi üçünTürkiyədəki hava limanlarında Ebola virusunun aşkar olunduğu ölkələrin vətəndaşlarıyoxlanılacaq.

Qeyd edək ki, yoluxmahalları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydəalınıb. Son məlumatlara görə, Ebola virusuna 8914 nəfər yoluxub, onlardan4447-si ölüb.